Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada sağ radikalizmi gücləndirən faktor - Qaçqın problemi...

Ukraynada ölkədən Avropaya qaçmaq üçün çox əlverişli olan bir mühit var və ukraynalı qaçqınlar Avropa seçkilərində karta çevrilirlər...

Ömer Onhon
“Şarkul Avsat” qəzeti, Türkiyə, 18 aprel 2022-ci il

Rusiyanın Ukraynanı tez və sarsıdıcı bir məğlubiyyətə uğrada bilmədiyi artıq aydın şəkildə görünür. Moskva böyük itkilər verdi və hətta generallarını da itirdi. İndi Ukraynadakı əməliyyatın komandanlığını Suriyada yerləşən rusiyalı general öz üzərinə götürüb. Onun nüfuzu kifayət qədər pis olduğuna görə, döyüş meydanında işlərin daha da pisləşə biləcəyindən narahatdırlar.

Prezident Putin aprelin 12-də etdiyi çıxışında bir daha vurğulayıb ki, Rusiya Ukraynanın şərqini istəyir və indi ilk növbədə müharibə Mariupol və Donbass bölgəsini ələ keçirib Krıma birləşdirmək məqsədi ətrafında gedir.

Putinin Ukraynada müharibə aparmasının səbəbləri arasında NATO təhlükəsi də var idi. Burada ironiyalı olan odur ki, NATO-nun genişlənməsi müharibə səbəbi olsa da, Rusiyanın əldə etmək və ya qarşısını almaq niyyətində olduğu bir çox şeyi Şimal Alyansı üçün əlverişli oldu və müharibə NATO-nun işini sadəcə asanlaşdırdı. Bir neçə misal çəkək: Müharibə və Rusiya aqressiyası NATO-nu yenidən birləşdirdi və görünür ki, Alyans İsveç və Finlandiyaya doğru yeni bir genişlənmə dalğasına doğru gedir. Digər məsələlərlə yanaşı, Rusiyanı əsas təhlükə kimi tanıyan Mərkəzi Avropa və Baltikyanı regiondakı müttəfiqlərin qorxuları da öz təsdiqini tapdı.

Artıq Ukrayna ətrafında diplomatiya İstanbul toplantısından dərhal sonra olduğu kimi aydın və konkret deyil. Bunun əsas səbəbi Buça və başqa yerlərdə qətliamların yaratdığı qəzəbdir. Hər halda, döyüşən tərəflərin onlayn formatda danışıqları davam etdirəcəyi bildirilir. Ümid edirəm ki, ən azı masaya qoymağa dəyən bir şey olar.

Ukraynalı qaçqınlara gəlincə, BMT QAK-ın rəqəmlərinə görə, Rusiyanın işğalından sonra 4,8 milyon ukraynalı öz ölkəsini tərk edərək qaçqın vəziyyətinə düşüb. Digər oxşar situasiyalarda olduğu kimi, bütün yük qonşu ölkələrin çiynindədir.

BMT QAK-ın məlumatına görə (13 aprel tarixindən etibarən) qonşu ölkələrdəki ukraynalı qaçqınların sayı belə sıralanıb: Polşa (2.694.090), Rumıniya (716.797), Macarıstan (440.387) və Slovakiya (326.244).

Ukraynada ölkədən qaçmaq üçün çox əlverişli bir mühit var

Polşada hökumət qaçqınlara əmək bazarı, səhiyyə və sosial yardım almaq imkanı verən qanun qəbul edib. Macarıstan da sərhədlərini açıb. Səbəblərdən biri onun etnik mənsubiyyəti olduğu Tiaçivdən olan Ukrayna vətəndaşları var. Bununla belə, Macarıstan digər ukraynalı qaçqınları da qəbul etməkdə davam edir.

Avropa İttifaqı (Aİ) keçmiş Yuqoslaviyadakı müharibədən sonra hazırlanmış, lakin heç vaxt istifadə olunmayan Müvəqqəti Mühafizə Direktivini qüvvəyə mindirib. Aİ 24 fevral 2022-ci il tarixinə qədər Ukraynada qanuni yaşadıqlarını sübut edə bilən Ukrayna vətəndaşlarına və üçüncü ölkə vətəndaşlarına müvəqqəti müdafiə təmin edəcək. Ukraynalılar üçün Aİ paketinə bütün lazımi şəraitə çıxışı olan 3 illik yaşayış icazəsi də daxildir.

Ukraynalı qaçqınlar üçün güclü yardım mexanizmləri və imkanları suriyalı qaçqınlar məsələsində şahidi olduğumuzdan kəskin və aydın şəkildə ziddiyyət təşkil edir.

Aİ ölkələri Suriya qaçqınları məsələsində necə davranacaqları ilə bağlı fikir ayrılığına düşmüşdü. Qaçqınlarla bağlı məsələyə Polşa və Macarıstan rəhbərlik edirdi. Aİ-nin siyasəti onları, bir sözlə, “Avropadan kənarda saxlamaq” idi. Türkiyə onlar üçün ən doğru yer olub. Kansler Merkelin səyləri sayəsində bəzi addımlar atıldı və Almaniya 1 milyona yaxın suriyalı qaçqının üzünə qapılarını açdı və 2015-2016-cı illərdə Türkiyə ilə bağlı müqavilələr imzalandı. Bununla belə, Aİ-nin Mərkəzi Avropa üzvləri Aİ daxilində bu razılaşmalara və ya qaydalara əməl etmədilər.

Qaçqınlar tam olaraq kimin problemidir?

Hər böhranın yükünü əvvəlcə qonşular çəkir. Suriya məsələsində yükü Türkiyə, Livan, İordaniya və İraq daşıyırdı. Ukrayna problemində isə Polşa, Macarıstan və s.

Dünyada çoxlu böhranlar var və bir çox insan öz ölkəsini tərk edir. Əksəriyyəti sizə üz tutursa, narahat olmaq başa düşüləndir. İstənilən ölkə nə qədər varlı və sağlam olsa da, bu, onun resurslarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Amma medalyonun digər üzü də var. Bəziləri məsələyə kimlik, rəng, irq və din baxımından yanaşır. Siyasətçilər bu məsələni kütləyə çatdırır və seçkilərdə özləri üçün potensial səsə çevirməyə çalışırlar. Sonra isə hər şey başqa formaya çevrilir.

Macarıstanın baş naziri Viktor Orban Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Suriya, Yaxın Şərq və Asiyanın digər ölkələrindən olan insanlara birbaşa işarə edərək: “Biz bu insanları müsəlman qaçqınlar kimi yox, müsəlman işğalçıları kimi görürük”, deyib.

Mart ayında onunla başqa bir müsahibəsində Orban miqrantlar və qaçqınlar arasında aydın fərq qoyaraq demişdi ki, macar sərhədçiləri miqrant (yəni qaradərili Yaxın Şərq-asiyalı) ilə qaçqını (yəni qafqazlı, açıq dərili) ayırd edə bilirlər. “Qaçqınlar hər cür yardım ala bilir, miqrantlar isə həbs olunur”, deyə Macarıstanın baş naziri qeyd edib.

Viktor Orban və fransalı Marin Le Pen də daxil olmaqla, Avropanın ifrat sağçı liderləri yanvar ayında Madriddə görüşüblər. Təşkilatçı və ispan “VOX” Partiyasının liderlərindən Santiaqo Abaskal yekun bildirişdə Avropanı müdafiə edənlərin özləri (yəni konfransda iştirak edənlər) olduğunu və: “Avropada nə çəkiclə orağın bayrağına, nə hilalın bayrağına, nə də qloballaşmanın qaranlıq nümayəndələrinin bayrağına icazə verilməyəcəyini”, bildirdi.

Artıq bir müddətdir ki, “VOX” Partiyası anti-miqrant və ksenofobik radikal sağ populizmə keçid edib. Əvvəlcə üzvlərin sayı az idi. Sonra bir çox qruplar meydana çıxdı və onlar siyasi hərəkatlara, partiyalara çevrildi. Hətta bəzi əyalətlərdə hökumət də qura biliblər.

Polşa və Macarıstanda hakim sağçı və populist partiyalar uğurlarını əsasən qaçqınlara və ya əlaqəli məsələlərə borcludurlar.

İndi bütün gözlər Fransadadır. Seçkilərin ilk turunda gündəmə gələn Makron və Le Pen aprelin 24-də keçiriləcək ikinci turda yarışacaq. Bu iki sima 2017-ci il prezident seçkilərində də üz-üzə gəlib və Makron 66% səslə qalib gəlib. Le Penin bu dəfə qələbəyə əvvəlkindən daha yaxın olduğu deyilir. Le Pen seçki kampaniyası zamanı əsas diqqəti iqtisadi məsələlərə yönəltdi, lakin onun partiyası həmişə anti-immiqrasiya ilə münasibətdə olub.

Bu seçkilərin və Avropadakı digər seçkilərin sübut etdiyi budur ki, mərkəzçi partiyalar siyasətin mərkəzində qalmaq üçün mübarizə aparırlar, lakin siyasi spektrin hər iki tərəfi getdikcə daha çox siyasi səhnədə hökmranlıq edir.

Nəhayət, qaçqınları nə gözləyir?

Prinsipcə, qaçqınlar hamının problemi olmalıdır. Heç bir ölkə bu vəziyyətdən təkbaşına çıxa bilməz. Yük və ortaq məsuliyyət paylaşılmalıdır. Ancaq işlər həmişə belə getmir və hər vəziyyət fərqli şəkildə idarə olunur.

Qaçqınların qayıdış şərtlərinin ümumi tərifi “təhlükəsiz, könüllü və ləyaqətli qayıdışdır”. Suriya məsələsində bu, tamamilə qeyri-mümkün olduğu üçün seçki tarixi yaxınlaşdıqca, məsələn, problemin mütləq gündəmə gəlməsi Türkiyə üçün çətindir.

Ukraynalı qaçqınlara gəlincə isə müsbət şəkildə qarşılanmanın müvəqqəti və ya daimi olduğunu görəcəyik. Əgər Ukraynada münaqişə uzanarsa və geri dönüşlər qeyri-adi şəkildə geciksə və ya qaçqınlar sığınacaq axtaran miqrantlara çevrilsə, onların ev sahibləri bunu qəbul etməyə bilər. Bunu zaman göstərəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar