Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İslam Dövləti” Mərkəzi Asiyaya sıçrayır?

“Radikal qrupların artması hətta Rusiya və Çinə də təsir edə bilər”...

Mərkəzi Asiya islamçı terrorizmin yaxın gələcəkdə öz sərhədlərinə çatma ehtimalını sürətlə dərk edir. Suriyadan Şimali Afrikaya köçmüş terror qrupları və ya onların Yaxın Şərqdəki qolları diqqətlərini Mərkəzi Asiya ölkələrinə yönəldə bilər.

Təhlükə əsasən “İslam Dövləti”ndən (İD) gəlir. Səbəbləri baş ofisi Romada yerləşən Geosiyasət və Yardımçı Elmlər üzrə Təkmil Araşdırmalar İnstitutunun (ISAG) elmi işçisi, mütəxəssis yazıçı Alessandro Lundini Beynəlxalq Əlaqələr Forumu üçün “Mərkəzi Asiyada terror təhlükəsi: Bir problem, fərqli yanaşmalar” adlı araşdırmasında qeyd edib. Müəllif yazır ki, radikal qrupların güclənməsi ehtimalı konkretdir və müxtəlif elementlər bunu sübut edir. Dəqiq rəqəmlər yoxdur, lakin bu ölkələrdən minlərlə gəncin Suriyaİraqda İŞİD və ya digər İslam radikal qruplaşmalarına qoşulduğu təxmin edilir. Onların mövcudluğu təxminən 1500-2000 döyüşçü, hətta maksimum 4000 nəfər hesab olunur. Rəsmi rəqəmlər, əslində, hökumətlərin radikal qruplarla üzləşməkdə öz daxili məqsədlərini həyata keçirmək üçün xarici döyüşçülərin sayını azaltmaq və ya şişirtmək strategiyasını da ört-basdır edə bilər.

A.Lundininin fikrincə, terrorçuların Mərkəzi Asiyanı hədəfə almalarının ikinci səbəbi budur ki, bu rəqəmlərlə yanaşı, Avrasiya regionunda Xilafətin “genişlənməsi” ehtimalı, yerli silahlıların İŞİD-ə qoşulması ilə də baş verə bilər.

Bunun müəyyən səbəbləri var. Keçən ilin avqust ayında Özbəkistanın radikal “İslam Hərəkatı” gələcək tərəfdarlarına sadiqlik vəd etdi. Bu, region üçün ciddi risk hesab olunur.

Mərkəzi Asiya üçün narahatlıq doğuran üçüncü məsələ Əfqanıstanda “Taliban”ın mövcudluğudur, Lundini hesab edir ki, Türkmənistan kimi sərhədyanı ölkələr üçün qeyri-sabitliyin potensial elementi ola bilər.

Mərkəzi Asiyanın bir hissəsi olan keçmiş MDB ölkələrindən daha çox, region üçün “ümumi antiterror siyasətinin” formalaşdırılması təşəbbüsü ilə çıxış edən Rusiyadır: “Moskva islamçı qrupların genişlənməsinin məhdudlaşdırılmasında, sərhədyanı ölkələrin sabitləşdirilməsində və öz ərazisində radikal elementlərin yayılmasının azaldılmasında birbaşa maraqlıdır. Orta Asiyadan olan əcnəbi döyüşçülərdən başqa, Moskvanı narahat edən 1500-3000 Rusiya vətəndaşının döyüş bölgələrində olmasıdır. Üstəlik, Rusiyanın özü cihadçı hərəkatların cəlb olunduğu ölkəyə çevrilib, hansı ki, Rusiyanın böyük şəhərlərində yaşayan mühacirlərdən yeni yaraqlılar əldə edir, burada ağır həyat şəraiti mədəni və sosial marginallaşmaya və gənc “islam işçiləri” arasında parçalanmaya yol açır. Bu təkamül rus dilini “İslam Dövləti”nin təbliğat və insan toplama fəaliyyətlərində ərəb və ingilis dillərindən sonra üçüncü dilə çevirdi”.

Bölgədəki millətlər arasında koordinasiya olmadığı üçün ortaq siyasətin yaranması asan deyil. Düzdür, Moskvanın hərbi bazaları var və ən mühüm regional təhlükəsizlik strukturu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərlik edir. Bununla belə, təşkilata KTMT-yə Türkmənistan və Özbəkistan kimi iki əsas dövlətlər daxil deyil deyə ümumi siyasət yürüdə bilmir. Bu hamısı deyil. Mərkəzi asiyalılar Rusiyanın regiona təsirinin mümkün qayıdışından ehtiyatlanır və bu narahatlıq qismən Avrasiya İqtisadi Birliyinin yaradılması ilə əlaqədar yaranıb, lakin Rusiyanın başçılıq etdiyi ümumi müdafiə siyasətinin mümkünlüyü baxımından daha güclüdür, çünki bu, bu ölkələrin suverenliyinə zərbə kimi şərh edilə bilər.

Bu səbəbdən Türkmənistan bütün bu müzakirələrdə bitərəf qalmağa çalışsa da, Əfqanıstanla sərhədində baş verən bəzi zorakı insidentlərdən sonra bu ölkə Türkmənistan-Əfqanıstan sərhədinə nəzarəti də əhatə edən təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Rusiya ilə razılaşma əldə edib.

Yüzlərlə gəncin Xilafət qoşunlarına cəlb olunmasından əziyyət çəkən Tacikistanı götürək. Bu yaxınlarda hətta ən nüfuzlu hərbi məmurlardan biri, polkovnik Gülmurod Xəlimov da İŞİD-ə qoşulmaq üçün institusional rütbələrini atıb. Tacikistan prezidenti Emomali Rahmon “İslam Dövləti”ni “21-ci əsrin vəbası” adlandırıb və islam qruplarına qarşı repressiyaya başlayıb. Çoxları bu basqının terrorizmlə mübarizə bəhanəsi ilə ölkədəki müxalifət hərəkatına qarşı ola biləcəyindən şübhələnir.

Özbəkistan artıq bir sıra antiterror tədbirləri həyata keçirsə də, Qazaxıstan fərqli yol seçib. Ölkə terrorizmə qarşı təkcə regional deyil, qlobal hərəkat istəyir. Nursultan Nazarbayev BMT-nın himayəsi altında və KTMT kimi regional müdafiə strukturlarının cəlb edilməsi ilə “antiterror qlobal şəbəkəsinin” yaradılması təklifini irəli sürmüşü (sənədlər 2015-ci ildə Ufada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitində təqdim edilib). N.Nazarbayev vurğulayırdı ki, qlobal təhlükələr qlobal cavab tələb edir. Qazaxıstanın antiterror qanunları ideyası həmçinin “dini radikalizm və ekstremizmin yayılmasının qarşısını almaq üçün” terrorizmin “sosial və mədəni amillərinə” diqqət yetirir.

A.Lundininin məqaləsi ümumi antiterror siyasəti səylərini belə yekunlaşdırır: “Ümumi cavabın zəruriliyi həm də Avrasiya regionunun özünü getdikcə daha əhəmiyyətli bir region kimi təqdim etməsini nəzərə almaqdan başlamalıdır. Mərkəzi Asiya dövlətlərinə diqqət onların xammal tədarükçüsü kimi aktuallığı, strateji tranzit marşrutları və siyasi sabitlik üçün əhəmiyyəti ilə müəyyən edilir: ayrı-ayrı dövlətlərin qeyri-sabitliyi - daxili radikal qrupların artması və ya xarici döyüşçülərin geri qayıtması səbəbindən - bütün əraziyə və hətta Rusiya və Çinə də təsir edə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar