Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə sürücülər arasında mübahisə düşüb, ölən var

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində iki sürücü arasında düşən mübahisədə biri digərini qətlə yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Şəmkir rayon Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Daşkəsən rayon sakini 1983- cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi "TIR" tipli yük maşını ilə hərəkətdə olan zaman, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobil yük maşının yanından ötmə əməliyyatı aparan zaman qəza şəraiti yaranıb.

Bu zaman sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birlərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar