Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiyalara məruz qalan rusiyalıların yaxtaları Maldiv adalarında tapılıb - Foto

Sanksiyalara məruz qalan rusiyalı biznesmenlərin yaxtaları Maldiv adalarında gizlədilirmiş.

Arxipelaqda rusiyalılara məxsus altı gəmi aşkar edilib. Bunların arasında Kömür Enerji Şirkətinin (SUEK) keçmiş benefisiarı Andrey Melniçenkonun sanksiyalara məruz qalanlar siyahısına düşdükdən dərhal sonra mövqe təyinetmə sistemi ilə əlaqəsi kəsilmiş “Motor Yacht A” superyaxtası da var.

Maldiv adalarının baş prokuroru Hussayn Şamimin bəyanatına görə, yaxta sahibləri yerli qanunları pozmadıqları halda hakimiyyət orqanlarının yaxtaları müsadirə etməsi o qədər də asan deyil.

Mart ayında İtaliya Maliyyə Qvardiyası sanksiyaya məruz qalan rusiyalı milyarder Andrey Melniçenkonun aktivlərinə məxsus 530 milyon avro dəyərində yaxtanı ələ keçirib. Triest limanında lövbər salmış bu yaxta dünyanın ən böyük yelkənli mühərrikli yaxtası hesab olunur.

Bundan əlavə, İspaniyada Aralıq dənizində üzən böyük yaxta sahibləri tərəfindən istifadə olunan Avropanın ən böyük limanları yerləşir. İspaniya hökuməti bundan əvvəl orada Andrey Melniçenkonun, eyni zamanda “Rosoboroneksport”un baş direktoru Aleksey Mixeyev və “Rostek” korporasiyasının baş direktoru Sergey Çemezovun yaxtalarını müsadirə etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Azərbaycanda meymunçiçəyi virusuna yoluxanlar var? - Açıqlama - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

“Arsenal”ın futbolçusu yeni rekorda imza atıb

Ən çox oxunanalar