Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və oliqarxlarının yaxtaları - Ov davam edir

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə Putinə yaxın oliqarxlar bir-birinin ardınca öz dəbdəbəli “oyuncaqlarından” – hər birinin dəyəri yüz milyonlarla dollar olan lüks yaxtalarından məhrum olurlar...

Ötən gün İspaniya polisi Kataloniyanın Tarraqona limanında “Rosneft” in baş direktoru, Putinin “boz kardinalı” hesab edilən İqor Seçinin “Cresent” adlı meqa-yaxtasını müsadirə edib. Bu haqda “Reuters” polisdəki mənbələrə istinadən xəbər verib. İqor Seçin Avropa İttifaqının sanksiyalar siyahısındadır.

"Cresent" əldən getdi...

“Marine Traffic” monitorinq saytının məlumatlarına görə, Kayman adaları bayrağı altında üzən 135 metrlik yaxta İspaniya limanına 2021-ci ilin noyabrında yan alıb. Onun dəyəri 600 milyon dollardır.

Bundan bir gün əvvəl isə İspaniya hakimiyyəti digər rusiyalı oliqarx Aleksandr Mixeyevin “Lady Anastasiya” adlı yaxtasını müsadirə etmişdi. Yaxtanın dəyəri yüz milyonlarla dollardır.

və "Lady Anastasiya"...

Rusiyalı oliqarxların yaxtalarına və digər aktivlərinə qarşı başladılmış misli görünməmiş təqib kampaniyası çərçivəsində bundan əvvəl daha bir neçə iri oliqarx öz lüks “oyuncaqlarından” məhrum olub.

Belə ki, Putinə yaxın oliqarxlardan Əlişir Usmanovun 600 milyon dollarlıq “Dilbar” adlı yaxtası İtaliyada müsadirə edilib. Yaxta 2016-cı ildə Almaniyanın “Lürssen” gəmi tərsanəsi tərəfindən hazırlanmışdı.

Usmanov "Dilbər"indən ayrıldı

Oliqarx, 23 milyard dollarlıq sərvətə malik olan Aleksey Mordaşevin 65 metr uzunluğunda olan “Lady M” adlı yaxtası da İtaliyanın İmperiya limanında müsadirə edilib. Yaxtanın dəyəri 65 milyon dollardır. Sürətli yaxta Atlantik okeanını 8 günə keçə bilir, onun forması irəli sıçrayan yaquarı xatırladır. Mordaşev 2021-ci ilin oktyabrında bu yaxtanı satışa çıxarmışdı, çünki özünə “Nord” adlı 142 metrlik yeni yaxta almışdı.

"Lady M" də əldən getdi

Habelə rusiyalı biznesmen Sergey Qalitskinin 104 metrlik “Quantum Blue” adlı yaxtası da bu günlərdə Monakoda müsadirə olunub. O, dünyanın 30 ən iri yaxtası arasında yer alır və qiyməti yüz milyonlarla dollardır.

"Quantum Blue"

Putinin yaxın çevrəsinə daxil olan digər rusiyalı oliqarx, “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun 85 metrlik “Valerie” adlı yaxtası isə İspaniyanın Barselona limanında yaxalanıb. Yaxtanın dəyəri 140 milyon dollardır, o Almaniyanın “Lürssen” tərsanəsində 2011-ci ildə yığılıb.

Çemezovun itirdiyi "oyuncağı"

“Rosneft” rəhbəri İqor Seçinin “Amore” adlı 86 metrlik yaxtası da daha əvvəl müsadirə olunmuşdu. Yaxtanın dəyəri 120 milyon dollara yaxındır.

Rusiyalı digər oliqarx Andrey Melniçenko da özünün 143 metrlik yaxtasından məhrum olub. Onun “A” adlı yaxtası Avropa limanlarından birində yaxalanıb, dəyəri 530 milyon dollardır. Melniçenko Rusiyanın ən zənginləri sırasında 6-cı sırada yer alır.

"A" daha Andreyin deyil

Yaxtalarla yanaşı rusiyalı oliqarxlar Avropa ölkələrindəki dəbdəbəli mülklərindən və digər aktivlərindən də məhrum olurlar. Hazırda onların aktivlərini "ovlamaq" üçün ABŞ xüsusi xidmət orqanlarının xüsusi əməliyyat qrupu işləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar