Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya neftini alan olmadı, tender ləğv edildi

“Urals” markalı Rusiya neftinin satışına dair daha bir tender baş tutmayıb. virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, ötən gün keçirilməli olan tenderə Rusiyanın “Zarubejneft” dövlət şirkəti cəmi 600 min ton olmaqla 6 partiya neft çıxarmışdı.

Şərtə görə neft müştəriyə ilin ikinci yarısında göndərilməli idi. Lakin bu nefti almaq üçün heç bir müştəri müraciət etməyib, potensial müştərilər iştirak üçün tenderdə qeydiyyatdan keçməkdən imtina ediblər və nəticədə tender baş tutmamış sayılıb.

Bundan əvvəl isə “Surqutnefteqaz” şirkəti “Transneft” şirkətinin Baltik limanlarından 8 tanker yükü həcmində “Urals” neftini satışa çıxarmışdı, amma alıcı tapılmadığından tender ləğv edilmişdi. Rusiyanın “Rusneft” dövlət şirkətinin də hasil etdiyi neftə müştəri tapmaqda çətinlik çəkdiyi bildirilir. “İnterfaks” agentliyinə danışan mənbə deyib ki, əsas problem müştərilərin nefti daşımaq üçün tanker tapa bilməməsidir. Çünki heç bir şirkət Rusiya neftini daşımaqla sanksiyalar riski ilə üzləşmək istəmir, ümumiyyətlə potensial müştərilər də Rusiya neftini kifayət qədər toksik hesab edərək ondan uzaq durmağa çalışırlar.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Rusiya neftinin alışını dayandırıb, Avropa İttifaqı isə “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinə qarşı yeni sanksiyaların anonsunu verib.

TASS bildirir ki, hazırda “Urals” markalı Rusiya nefti “Brent” markalı neftlə müqayisədə 29 dollar ucuz təklif edilir. Hazırda “Brent” neftinin bazar qiyməti 105 dollardan aşağıdır.

Vəziyyət bu cür ağır olsa da Rusiya neftinin ənənəvi müştərilərindən olan “Indian Oil” Hindistan şirkəti 3 milyon barrel “Urals” neftini alıb. Şirkət bunu sanksiyaların pozulması kimi qiymətləndirmir, bildirir ki, sanksiyaların təsiri altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Ən çox oxunanalar