Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir

Azərbaycan 70 il Rusiyanın müstəmləkəsi altında olub. Bu müddət ərzində Rusiyanın köməyi ilə torpaqlarımız parçalanaraq Ermənistana, Gürcüstana, Dağıstana verilib. Azərbaycanın yerüstü və yeraltı sərvətləri mənimsənilib. İnsanlar 200 ildən artıq Çar Rusiyası tərəfindən öz doğma yurd-yuvalarından departasiya olunublar, istismara məruz qalıblar, milyonlarla insan öldürülmüş, ərazilərimiz işğal edilmiş, savadlı, bacarıqlı insanlarımız sürgün edilmiş, qətlə yetirilmişdir.

Bizi mədəniyyətimizdən, milliliyimizdən, adət-ənənələrimizdən  kökümüzdən, dinimizdən uzaqlaşdırmağa çalışıblar. 30 il işğal altında qalan əzəli-əbədi torpaqlarımızda tarixi, dini abidələrimizin sökülüb dağıdılması, yer üzündən silinməsi də buna sübutdur.

1990-cı ildə məhz Rusiya Federasiyasının başçılığı ilə rus və erməni hərbi birləşmələri Azərbaycana soxularaq qanlı terror törətdilər. Azərbaycan yüzlərlə günahsız şəhid verdi. Azərbaycanı parçalamaq və demək olar ki, bölərək yox etmək istəyən dövlətlər artıq neçə illərdir ki, həm də Azərbaycanda “5-ci kalon”dan güc almaqdadır. “5-ci kalon”da  Azərbaycanda yaşayan, Azərbaycanın çörəyini yeyən bəzi rus xalqının nümayəndələri, eyni zamanda iqtidarda və müxalifətdən olan insanlar da var. Belələri əsarət altında yaşamağı və nəyin bahasına olursa olsun şəxsi mənafeyini güdərək varlanmağı üstün tutanlardır. Bir çox qeyri-dövlət təşkilatları da maliyyə vəsaitinə görə “5-ci kalon”un mövqeyini dəstəkləyir. Öz şəxsi mənafeyini vətəninin, xalqının mənafeyindən üstün tutur. Belə siyasi savadı olmayan, vətən anlayışı olmayan bəzi ünsürlər başa düşmək istəmirlər ki, bir il azad yaşamaq yüz il kölə kimi yaşamaqdan üstündür.

Biz birləşsək vətənimizi də, xalqımızı da, milli mənafeyimizi də qoruya bilərik. Bizi daxildən parçalamaq istəyən, kölə etmək istəyənlərlə iş birliyi qurmaq vətən xaini olmaq deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kalonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kalon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kalon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.

Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm də parlamentin rolu artacaq.

Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir”.

Gənclər həmişə əsas qüvvə olublar. Azərbaycanda sağlam ruhlu, savadlı gənc nəsil yetişir. Azərbaycan əhalisinin demək olar ki, əksər hissəsini gənclər təşkil edir. Azərbaycan gəncləri 44 günlük vətən müharibəsi dövründə özünü ən yaxşı cəhətdən göstərdi. Milyonlarla gənc könüllü olaraq vətən uğrunda döyüşə atıldı.

Gələcək nəslin milli, vətənpərvərlik ruhunda böyüməsi, xarici təsir altına düşməməsi üçün, onlarla qanunvericiliyə uyğun olaraq iş aparmalı, onları fəal, səmərəli işə cəlb etməli, onların asudə vaxtının səmərəli təşkil edilməsi üçün lazımı işlər görülməlidir.

Bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür. Xalqımız təhlükəsizlik, əmin-amanlıq  şəraitində yaşayır. Bu əmin-amanlığı, siyasi sabitliyi qorumaq hər bir azərbaycanlının borcudur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan döqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işğüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycan siyasəti situativ deyil”.

Şəhla Ağbulud "Abşeron" qəzetinin baş redaktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar