Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko bilmədən Putinin məxfi planını ifşa etdi – Bu xəritə gündəm oldu

Belarus prezidentinin xəritə qarşısındakı açıqlaması dünya mediasının gündəmi olub...

Təhlükəsizlik Şurasını toplayan Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları və xüsusən də Belarus tərəfindən “İsgəndər” raketlərdən Ukraynadakı konkret olaraq hansı hədəfləri vurması barədə verdiyi açıqlamalar gündəm olub.

PİA.az xəbər verir ki, Lukaşenkonun görüş zamanı xəritə üzərindəki çıxışı dünya mətbuatında yer alıb.

Belə ki, xəritəyə baxarkən Ukraynanın 4 yerə bölündüyü görünür.

Lukaşenkonun qarşısında brifinq verdiyi xəritə də Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir.

Bu məqamda diqqəti çəkən başqa bir vəziyyət də var. Xəritəyə görə Rusiya Odessanı ilhaq edir və oradakı qoşunlarını daha sonra Moldova sərhədləri daxilində Dnestryanı bölgəyə  yeridir.

Məsələni işıqlandıran beynəlxalq mətbuat bunu həyəcanlı şəkildə təqdim edir və xəritənin Putinin gizli planı ola biləcəyini bildirib.

Sözügedən xəritə ilə bağlı Twitter-də mesaj paylaşan belaruslu jurnalist Tadeusz Giczan: “Təhlükəsizlik Şurasının bugünkü iclasında Lukaşenko əsl işğal xəritəsini göstərdi. Xəritədə Belarusdan atılan raketlərlə məhv edilən Ukrayna hərbi obyektləri göstərilib… Odessa-Dnestryanı bölgə istisna olmaqla!” deyib.

Avropa İttifaqının (AB) Ali Nümayəndəsi Cozef Borel, müharibənin ilk günlərində verdiyi açıqlamada, Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta biləcəyini, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar