Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb blokunun Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı dayandıra bilmədi... - Təsirli sanksiyalar olacaqmı?

Bu sanksiyalar Rusiyaya qarşı bu vaxta qədər tətbiq olunan sanksiyalardan nəylə fərqlənir?..

Politoloq: “Rusiya iqtisadiyyatı inkişaf üçün böyük investisiyalara ehtiyac duyurdu. Hazırda isə bu mümkün olmayacaq. Rusiyanın Çindən asılılığının güclənəcəyi ehtimal olunur”.

Rusiya üçün ilk mərhələdə bu sanksiyalara tab gətirmək mümkün olacaq. Lakin orta və uzun müddətdə ölkə iqtisadiyyatı ciddi çətinliklərlə üzləşəcək”.

Bu sözləri politoloq Zaur İbrahimli Qərb blokunun Rusiyaya qarşı elan etdiyi sanksiyaların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident Vladimir Putinin Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk bölgələrinin müstəqilliyini tanımasından sonra ABŞ və Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyalar elan etməyə başladılar.

Bu sanksiyalarla bir sıra Rusiya banklarının və şirkətlərinin Aİ-nin kapital bazarına inteqrasiyası məhdudlaşdırılır və rus maliyyə qurumlarına maddi yardım və vasitəçilik qadağan edilir. Eyni zamanda müdafiə sənayesinə aid məhsulların birbaşa və ya dolayı yollarla Rusiyaya ixracı, enerji sektorunda istifadə olunan texnologiyaların satışı da məhdudlaşdırılıb.

Statistikaya əsasən, 2013-cü ildə RusiyaAvropa Birliyi arasında ticarət həcmi 417 milyard dollar olduğu halda, 2020-ci ildə bu rəqəm 219 milyard dollara qədər geriləyib. Rusiyanın Avropada ən böyük ticarət ortaqları isə Almaniya( 41,9 milyard dollar), Hollandiya (28,6 milyard dollar) və İtaliya (20,2 milyard dollar) olub.

Bununla yanaşı, 2021-ci ildə ötən ilin 10 ayı ilə müqayisədə AB ilə Rusiya arasında ticarət əlaqələrinin 12,5 faiz artdığı bildirilir.

ABŞ və Qərb dövlətlərinin özləri də Rusiyaya tətbiq etdikləri sanksiyalardan zərər görüblər. Beynəlxalq araşdırmalara görə, 2014-cü ildən bu yana Avropanın tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı 55 milyard, Avropa ölkələri 240 milyard, ABŞ 17 milyard, Yaponiya isə 24 milyard dollar zərər görüb.

Bu sanksiyalar Rusiyaya qarşı bu vaxta qədər tətbiq olunan sanksiyalardan nəylə fərqlənir və bu sanksiyaların Rusiyaya təsiri hansı nəticələr doğura bilər?

Rusiyaya tətbiq olunan sanksiyaları PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusiya imkanlarana görə İrandan çox irəlidədir. Bununla belə bu sanksiayalarla iqtisadi inkişafı təmin etməsi qeyri-mümkün görünür”.

Rusiyanın gəlirlərinin sürətlə azalacağını və son illərdə çox azalan əhlinin real gəlirlərinin aşağıya doğru hərəkətinin davam etdirəcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu da Rusiyada ümumi sosial vəziyyəti pisləşdirəcək:

Moskvaya qarşı ABŞ, Böyük BritaniyaAvropa İttifaqı ölkələrinin tətbiq etdiyi sanksiyalar ilkin mərhələdə daha çox maliyyə əməliyyatlarının aparılması və ölkənin suveren borucu ilə əlaqədar məhdudiyyətləri ehtiva edir. Müdafiə və dövlət sektoru ilə əlaqələi olan iri bankların dollar sistemindən təcrid olunması, aktivlərin dondurulması, suveren dövlət borcunun maliyyələşdirilməsi, dövlət qiymətli kağızları və avrobondlarla bağlı bağlı hər hansı əməliyyatlar qadağan edilib. Rusiya maliyyə sektoru sanksiyalar tərbiq edilə bilən sektorlar siyahısına salınıb.

Bundan əlavə siyasi rəhbərlik, təhlükəsizlik orqanlarında yüksək vəzifə tutan şəxslərin ABŞ-a girişi qadağan edilib. Böyük Britaniya da əsas etibarı iə indiki məqamda maliyyə sektorunu hədəf alıb və iri banklara qarşı sanksiyalar təbiq edib, Rusiya ilə əlaqəli iş adamalrının aktivlərinn dondurulacağını qeyd edibn. Alamaniya “Şimal 2” qaz boru kəmərinin sertifikatlaşdırılması prosesini dayandırıb. Avropa İttifaqı Rusiyanın qiymətli kağızları ilə əməliyyatlara qadağa qoyub. Moskva həmçinin Aİ-nin maliyyə bazarlarına, maliyyə alətlərinə çıxış əldə edə bilməyəcək, fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.

Rusiya üçün ilk mərhələdə bu sanksiyalara tab gətirmək mümkün olacaq. Lakin orta və uzun müddətdə ölkə iqtisadiyyatı ciddi çətinliklərlə üzləşəcək. Rusiyanın hazırda qızıl və valyuta ehtiyatları qarşıdakı aylarda sanksiyaların təsirini yumşaltmağa imkan verir. Bununla belə ölkənin Qərb maliyyə bazarlarından təcrid olunması iqtisadiyyatın inkişafını tormozlayacaq. Belə ki, son bir neçə ildə Rusiya iqtisadiyyatı staqnasiyadadır və inkişaf üçün böyük investisiyalara ehtiyac duyurdu. Hazırda isə bu mümkün olmayacaq. Rusiyanın Çindən asılılığının güclənəcəyi ehtimal olunur.

Zaur İbrahimli: “Rusiyanın bu sanksiayalarla iqtisadi inkişafı təmin etməsi qeyri-mümkün görünür”.

Eyni zamanda ölkənin gəlirləri azalacaq və son illərdə çox azalan əhlinin real gəlirləri aşağıya doğru hərəkətini davam etdirəcək. Bu isə sosial narazılığı gücləndirəcək və ümumi sosial vəziyyəti pisləşdirəcək. Bu baxımdan kobud da olsa, İranla müqayisə apar bilərik. Tehrana qarşı sanksiya rejimi bu ölkəni iqtisadi tənəzzülə uğradıb və ölkənin iqtisadi baxımdan dirçəlməsi perspektivini qeyri-mümkün edib.

Rusiya imkanlarana görə İrandan çox irəlidədir. Bununla belə bu sanksiayalarla iqtisadi inkişafı təmin etməsi qeyri-mümkün görünür. Böyük ehtimalla Rusiya ilə danışqılar davam etdiriləcək və Moskva yenə hazırkı xarici siyasət kursunda israr edərsə, sanksiyalar daha da ağırlaşacaq və Rusiya təcrid ölkəyə çevriləcək”.

Redaksiyadan: Bu açıqlma dünən, Rusiyanın Uraynaya hücum etməsindən əvvəl alınıb.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar