Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Simonyan və Solovyov da Avropa İttifaqının sanksiyalarına məruz qaldı

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell tərəfindən bir gün əvvəl açıqlanan Avropa Birliyinin sanksiya siyahısına Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, RT-nin baş redaktoru Marqarita Simonyan və teleaparıcı Vladimir Solovyovun da adları daxil edilib. Bu barədə Avropa Komissiyasındakı mənbələrə istinadən “Azadlıq Radiosu” xəbər verir.

Onlardan başqa sanksiyalar həmçinin Rusiya prezidenti administrasiyasının rəhbəri Anton Vayno və müdafiə naziri Sergey Şoyquya qarşı da tətbiq olunacaq. Qara siyahıya adları salınanların Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək, onların Avropadakı aktivləri (əgər varsa) dondurulacaq.

Rəsmi olaraq Avropa İttifaqının sanksiyalar siyahısı fevralın 23-də dərc olunacaq.

Ötən gün Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell bildirib ki, Rusiyanın Donbasdakı “Xalq respublikaların” müstəqilliyini tanıması səbəbindən Avropa İttifaqı 27 rusiyalı və şirkətə, habelə Dövlət Dumasının 351 deputatına qarşı sanksiyalar tətbiq edəcək.

Qara siyahıya həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən banklar və təşkilatlar da daxil ediləcək. Avropa İttifaqının sanksiyalarına məruz qalan insanların və şirkətlərin adları hələ açıqlanmayıb, lakin Borrell bildirib ki, Rusiya prezidenti Vladimir Putinin adı sanksiyalar siyahısında yoxdur.

Avropa İttifaqı həmçinin Rusiyanın Aİ-nin maliyyə və kapital bazarlarına çıxışını məhdudlaşdırmaq qərarına gəlib. Bu dəqiq nəyi nəzərdə tutur - Borrell dəqiqləşdirməyib.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar