Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin müharibə imitasiyası - Rusiya Qərblə müharibəyə gedəcəkmi?..

Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın tanıyaraq və on minlərlə insanı evindən didərgin salaraq yaratdığı müharibə imitisiyası işə yarayacaqmı?..

Siyasi şərhçi: “Moskvanın Ukraynaya hücum imitasiyası daha çox Rusiya hakimiyyətinin daxilində gedən mübarizə ilə bağlıdır”.

“Düşünmürəm ki, Rusiyanın siyasi və hərbi elidası bu müharibəyə gedəcək qədər ağılsızdır. Putinin bu gün atdığı addımlar hər şeydən əvvəl Rusiya elitasının, oliqarxların maraqlarına tamamilə ziddir”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Rusiya prezidentinin son addımlarını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayaraq beynəlxalq hüquq sistemini tanımadığı bir daha ortaya qoymuş oldu. Rusiya prezidenti dünən verdiyi qərarla müharibəni başlatmadan ordunu rəsmən Ukrayna ərazisinə soxdu. Halbuki həmin ordu 5 ildi ordaydı. Bundan sonra isə Putinin təxribat yaradıb Ukraynanın yarısını işğal etmək planları haqda da kifayət qədər məlumatlar yayılıb.

Bundan başqa Rusiya höküməti son bir neçə gün ərzində Donbas əhalisini Rusiyaya köçürməklə məşğuldur. Görünür ki, on minlərlə insanı evlərindən köçürüb məcburi şəkildə qaçqın durumuna salan Rusiya prezidenti Donbassı Qərbə qarşı özünün əsas hərbi palsdarmı olaraq görür. Bəs bu avantüraların axırı necə bitə bilər və Putinin hazırda formalaşdırdığı mənzərə nədən xəbər verir?

PİA.az-ın əməkdaşı bu mövzunu siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Putin mesaj verir ki, o hakimiyyətini itirməmək üçün müharibəyə də gedəcək”.

Rusiyanın hakim dairələrinin Ukrayna ilə müharibəyə gedəcək qədər ağılsız olmadığını vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında bildirib ki, qondarma republikaların tanınması da, əhalinin köçürülməsi də, Putinin müharibəyə gedəcək qədər qərarlı olduğunu göstərmək üçündür:

“Mən düşünürəm ki, Moskvanın Ukraynaya hücum imitasiyası daha çox Rusiya hakimiyyətinin daxilində gedən mübarizə ilə bağlıdır. Vladimir Putin öz iradəsini ortaya qoyub, lakin onun ətrafındakıların böyük əksəriyyəti bu iradəyə qarşıdır və bunu da biruzə verirlər. Düşünürəm ki, Putin bu müharibəni imitasiya etməklə həm beynəlxalq aləmə, ilk növbədə Qərbə diş göstərmək istəyir. Bununla da Moskva öz mövqeyini möhkəmləndirmək istəyir. Putin buna nə qədər nail ola biləcək, bu zaman məsələsidir. Hesab edirəm ki, bir müddət Putinin planları işləyəcək. Lakin bir müddətdən sonra həm Avropanın eqosunun yaratdığı güclü qarşıqoyma, həm də Rusiya elitasının parçalanması istər Rusiyanı, istərsə də də Putin hakimiyyətini ağır böhran sürükləyəcək.

Rusiya elitası istəyir ki, onlara qarşı təzyiqlər, ilk növbədə də sanksiyalar olmasın. Buna görə də Putin elitanı zorlayaraq bu addımları atmaqla ölkə daxilində istər hakimiyyətin içində, istərsə də həmin hakimiyyətin hərbi qanadında ona müxalif olanlara bir mesaj vermək istəyir. Putin mesaj verir ki, o hakimiyyətini itirməmək üçün müharibəyə də gedəcək. Yəni Putin geri addım atmaq niyyətinin olmadığın nümayiş etdirir. Və bu mesaj həm Qərbə, həm də Rusiyanın daxili auditoriyasına verilir.

Ərəstun Oruclu: “Putinin bu gün atdığı addımlar hər şeydən əvvəl Rusiya elitasının, oliqarxların maraqlarına tamamilə ziddir. Onlara görə Qərblə “soyuq müharibə” başa düşüləndir, lakin Qərblə doğrudan müharibə eləmək fəlakətdir”.

Donbassdan əhalinin köçürülməsi də Putinin şantaj siyasətinin tərkib hissəsidir və rəsmi təbliğat həmin insanların “soyqırımdan” xilas edildiyini söyləsə də, əslində Putin həmin insanları zorla köçürməklə soyqırıma məruz qoyur. Mən burada başqa heç bir şey görmürəm.

Rusiyanın hakim dairələrinin Putinin Ukraynaya qarşı müharibə etməsinə, bu ölkəni işğal etməsinə susqunluqla razılıq verməsi inandırıcı deyil. Düşünmürəm ki, Rusiyanın siyasi və hərbi elidası bu müharibəyə gedəcək qədər ağılsızdır. Putinin bu gün atdığı addımlar hər şeydən əvvəl Rusiya elitasının, oliqarxların maraqlarına tamamilə ziddir. Onlara görə Qərblə “soyuq müharibə” başa düşüləndir, lakin Qərblə doğrudan müharibə eləmək fəlakətdir. Ukraynanın işğalı isə Avropanın təhlükəsizlik sistemini ortadan qaldıracaq bir addım olacaq ki, hesab edirəm ki, bu Qərbin Rusiyaya qarşı çox amansız mübarizəsinə yol aça bilər. Təbii ki, bu halda Rusiyada hər kəs itirəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Ən çox oxunanalar