Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qətlə yetirilən ana və 2 azyaşlı övladı dəfn olunub

Bakıda dünən baş verən dəhşətli qətl hadisəsinin - ana və 2 azyaşlı övladının öldürülməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fevralın 20-də saat 14 radələrində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsindəki kirayədə yaşadıqları evdə qətlə yetirilən Sabirabad rayonunun Ulacalı kənd sakinləri, 39 yaşlı Gülnar Qaraxanova, övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlı bu gün dəfn olunublar. Dəfn mərasimi Sabirabadın Ulacalı kəndində baş tutub.

APA-nın dəfn mərasimində iştirak edən əməkdaşları mərhumun ailə üzvlərindən qətlin bəzi təfərrüatlarını öyrənə biliblər. Məlumata görə, ailə başçısı olan Fəsahət Qaraxanov beynəlxalq yükdaşıması ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl anında Rusiyada olub və bu gün səhər Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.

Qətli törədən, əvvəllər Saatlı rayonunun Novruslu kəndindəki 9 illik məktəbin direktoru olan Əhəd Əliyev mərhum Gülnar Qaraxanovanın bacısının əridir. Məlumatlara görə, ailə başçısının qazancından, ailənin ev almaq üçün pul yığdığından xəbərdar olan Əhəd Əliyev qətli məhz tamah məqsədi ilə törədib.

Mərhumun bibisi oğlu Şahlar Məlikovun APA-ya bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına 7 bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədıən şəxsin qıza əlavə 5 bıçaq da vurduğu bildirir.

O da məlum olub ki, həbs olunanda Ə. Əliyevin üstündə 20 min manat pul olub. Onun evdən götürdüyü 40 min manatın 20 min manatı isə yoxdur. Bunun da istintaq orqanları tərəfindən araşdırıldığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar