Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Maliyyə Ofisi ilə Azərbaycan Mərkəzi Bankı arasında memorandum imzalanacaq

Növbəti həftə Türkiyə Cümhuriyyətinin və Prezident Administrasiyası Maliyyə Ofisi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında yüksək texnologiyaların inkişafı və Azəbaycanda rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha aktiv koordinasiyası məqsədilə müvafiq memorandumun imzalanması nəzərdə tutulub”.

Bunu "Report"a Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, memorandum çərçivəsində Azərbaycanda qardaş Türkiyə dövlətinin praktikasının ölkəmizə gətirilməsi, sığorta sektorunun, kapital bazarlarının rəqəmsallaşması istiqamətində məsələlər müzakirə olunacaq.

Bu yaxınlarda AMB-nin nümayəndə heyəti İstanbulda Türkiyənin müxtəlif maliyyə institutlarında görüşlər keçirib. Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılıb, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Türkiyə Mərkəzi Bankının (TRMB) sədr müavini Emrah Şenerlə görüşdə gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Bununla yanaşı, yanvarın 27-də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində 6 ay müddətinə depozit yerləşdirib.

Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-in investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar