Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ukraynanın dənizə çıxışını tam bloklayır - Foto

Rusiya fevralın 13-dən 19-na qədər Qara dəniz və Azov dənizinin bir hissəsini bağlayır. Rəsmi səbəb həmin tarixdə keçiriləcək raket və artilleriya təlimləridir. Lakin təlim adı altında bağlanan rayonlar Ukraynanın dənizə çıxışını faktiki olaraq tam bloklayır, istisna deyil ki, bu addım Rusiyanın Ukrayna üzərinə gözlənilən hücumuna hazırlıqdır.

BlackSeaNews resursunun baş redaktoru Andrey Klimenko bildirir ki, Kremlin hərəkətləri Ukrayna limanlarının bloklanmasına çox bənzəyir. Hansı ki, ekspertlər bu ssenarini əvvəlcədən proqnozlaşdırırdılar. Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin raket kreyserləri və desant gəmiləri Qara dənizə cəmləşdirilib, Azov dənizinə isə desant qrupları daşıyan sürətli katerlər göndərilib.

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə və Azov dənizində genişmiqyaslı hərbi dəniz təlimlərinin başlayacağını elan edib. Paralel olaraq Belarus ərazisində də Rusiya ilə birgə irimiqyaslı təlimlər keçirilməkdədir. Bu təlimlərdə gəmilər əleyhinə raketlər də tətbiq ediləcək.

Təlimlər adı altında Qara dənizdə bağlanan zonalar Ukrayna gəmilərinin Kerç körfəzinə çıxışını bloklayır və habelə dənizin Ukrayna ərazi sularının böyük hissəsində gəmilərin hərəkətini məhdudlaşdırır. Beynəlxalq qaydalara görə dəniz təlimləri keçirilən ölkələr əvvəlcədən xüsusi xəbərdarlıq yayaraq gəmilərin hərəkəti üçün təhlükəli zonaları elan edir. Rusiya tərəfinin təhlükəli zonalara dair elan etdiyi xəritəyə əsasən mülki gəmilərin hərəkəti üçün də heç bir dəhliz nəzərdə tutulmayıb. Bu isə total dəniz blokadası deməkdir və son 8 ildə belə hal baş verməmişdi. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar