Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna bayrağı Slovakiya parlamentində davaya səbəb oldu - Video

Slovakiya parlamentində (Narodna Rada) ötən həftə ABŞ ilə imzalanmış hərbi sazişin müzakirə edildiyi iclasda müxalifətlə hakim partiyanın deputatları arasında gərginlik yaranıb.

Müxalif ifrat sağçı Bizim Slovakiya Partiyasının (LSNS) deputatları Andrey Medveçki və Peter Krupa Slovakiya bayrağı ilə tribunaya gələrək müzakirələrin qarşısını almağa cəhd ediblər. Hakim partiyalardan biri olan Azadlıq və Həmrəylik Partiyasının (SAS) deputatları Jana Bitto Ciganikova və Miroslav Ziak Ukrayna bayrağı ilə tribunaya gələrək Slovakiya bayrağının qarşısında dayanıblar.

Bu zaman tərəflər arasında gərginlik artıb və LSNS deputatı Medveçki tribunadakı suyu Ukrayna bayrağının üzərinə töküb. Yerindən qalxaraq partiya yoldaşına dəstək olmaq üçün tribunaya gələn LSNS deputatı Marek Kotleba isə müxalif həmkarlarının əlindən Ukrayna bayrağını alaraq Miroslav Ziakın maskasını cırıb.

Sessiyadan sonra Ziak bayrağı "oğurladığı" üçün Kotlebadan polisə şikayət edəcəyini bildirib.

Bundan başqa, Ukraynanın Bratislavadakı səfirliyi də parlamentdə baş verənlərə münasibət bildirib. “Bu müqavilə ilə Slovakiya müstəqilliyini itirmir. Əksinə, müttəfiqlərimiz suverenliyimizi təmin etməkdə bizə yardım edir”, - deyə səfirliyin açıqlamasında vurğulanıb.(haber global)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar