Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalılar ötən il 1,5 mlrd. litrdən çox spirtli içki içiblər

Rusiya sakinləri 2021-ci ildə 1,5 mlrd. litrdən çox və ya 2,23 mlrd. şüşə tünd alkoqollu içki istehlak ediblər.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə tünd alkoqollu içkilərin qeyri-qanuni dövriyyəsi ilə bağlı "İqtisadiyyat Ali Məktəbi" Milli Tədqiqat Universiteti tərəfindən aparılan araşdırmada deyilir.

"Rosstat və Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətin məlumatlarına əsaslanan hesablamalara görə, 2021-ci ildə tünd alkoqollu içkilərin satışı 1,56 mlrd. litr (2,23 mlrd. ədəd) təşkil edib", - sənəddə deyilir.

Araşdırmaya görə, rusiyalılar evdə içki içməyə üstünlük verir: alkoqol satışının əsas kanalı pərakəndə bazar olaraq qalır, bu da satışın 98%-ni təşkil edir. İaşə seqmentində – məsələn, restoran və kafelərdə – keçən il cəmi 45-65 mln. litr spirtli içki satılıb.

Tədqiqatın müəllifləri həmçinin müəyyən ediblər ki, son illər pərakəndə ticarətdə və ictimai iaşədə tünd alkoqollu içkilərin yekun satışı bu məhsulların qanuni tədarükündən xeyli yüksək olaraq qalıb.

"Bu, bizə bazarda qeyri-qanuni dövriyyənin əhəmiyyətli sektorunun mövcudluğundan danışmağa imkan verir", - sənəddə deyilir.

Araşdırmada həmçinin qeyd olunur ki, 2021-ci ildə tünd alkoqollu məhsulların qeyri-qanuni dövriyyəsinin həcmi 611 mln. ədəd (27%) təşkil edib.

Ümumilikdə, müəlliflərin fikrincə, ötən il Rusiyada 2 mlrd. şüşədən çox tünd alkoqollu içki satılıb.

Bununla əlaqədar olaraq, ekspertlər Rusiyada tünd alkoqollu içkilərin məcburi etiketlənməsinin tətbiqinin məqsədəuyğunluğunu qiymətləndiriblər və belə bir qənaətə gəliblər ki, vicdanlı bazar iştirakçılarının bu tədbirdən əldə etdikləri ümumi mənfəət qanunsuz dövriyyəni 70% azaltmaqla yanaşı, ildə 17-18 mlrd. rubl (227-240 mln. ABŞ dolları) arta bilər.

"Dövlət gəlirləri ildə 73-79 mlrd. rubl (974-1 054 mln. dollar) artacaq. Bu, əsasən alkoqol aksiz vergisindən (+64-69 mlrd. rubl – 854-921 mln. dollar) daxilolmaların artması hesabına baş verəcək", - sənəddə deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Küveytdə yanacaq tədarükünün kəsilməsi səbəbindən elektrikin verilişi dayanadırılıb

Ən çox oxunanalar