Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diqqət: Özəlləşdirmə çeklərini almayın

"Məlumat var ki, insanlara dövlət özəlləşdirmə paylarını (çeklərini) satırlar. Hətta qiymət də səsləndirilir: 500 manat. Halbuki, sözügedən çeklər artıq 11 ildən çoxdur ki, dövriyyədən çıxarılıb. Onların heç bir qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” Prezidentin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanı ilə həmin çeklərin dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti əvvəlcə 2008-ci ilədək, sonra 2010-cu ilədək, yekunda isə 2011-ci ilədək (yanvarın 1-dək) müəyyən edilmişdi. Heç bir dəyəri olmayan çekləri əhaliyə kim satır? “Niyə satır?” sualını vermirəm. Cavab aydındır: lazımsız kağız parçasını satıb pul qazanırlar".

PİA.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, xeyli müddətdir ki, sosial şəbəkələrdə kimlərsə bu çeklərin dövriyyəyə qaytarılması tələbi ilə çıxış edir: “Məsələni ictimailəşdirməyə çalışırlar. Mənim özümə də dəfələrlə müraciət ediblər. Mövqeyim dəyişməzdir. Hüquqi müəyyənlik prinsipi baxımından bu çeklərin istifadə müddətinin növbəti dəfə, özü də 11 ildən sonra uzadılması çox pis presedent yaradacaq. İnsanlara arzuolunmaz mesaj veriləcək: qanunlar boş şeydir, istənilən müddəti bərpa etmək, oyun qaydalarını dəyişmək olar. Bu da gələcəkdə vicdanlı işgüzar şəxslərin iqtisadi aktivliyinə mane olacaq. Daim ehtiyat edəcəklər ki, qanunu, müddəti və s. dəyişə bilərlər. Bəli, mən bilirəm ki, ölkədə özəlləşdirmə ədalətsiz aparılıb. Hətta çeklərindən istifadə etmiş vətəndaşlara da hansısa dövlət müəssisəsində cüzi pay verilib. Həmin müəssisələrdə payın əksər hissəsinə müəyyən şəxslər sahib olub istədiklərini edirlər. Cüzi pay sahiblərinə heç bir dividend ödəmirlər. Dövlət bu sahəyə diqqət yetirməli və sonuncuların hüquqlarını müdafiə etməlidir. Amma hər bir halda özəlləşdirmənin nəticələrini qəbul etmək lazımdır. Mülkiyyət hüququ toxunulmazdır. Əks halda, biz heç vaxt normal iqtisadiyyat qura bilməyəcəyik. Bütün ölkələrdə ilkin iri kapital ədalətsiz yollarla əldə edilib. Bizdə də bu, belə olub. Olan olub. Yaxşı bəs çeklərindən istifadə etməyənlərin arqumenti nədir? Axı niyə dövlət dəfələrlə müddəti uzadıb, amma onlar çeklərdən istifadə etməyiblər? Nəyi gözləyirdilər ki? Yalandan söz buraxıblar ki, guya Prezidentin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndinə görə çeklərin istifadə müddəti qeyri-məhduddur. Əslində isə həmin bənddə deyilir: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Yəni qüvvədə (tədiyyə vasitəsi) olan çek qəbul edilməlidir (mütləq pulun ödənilməsi tələb oluna bilməz və s.). Məsələ də ondadır ki, onlar artıq qüvvədə deyil. Əslində, aydın məsələdir ki, istifadə edilməyən çeklərin mütləq əksəriyyəti sadə vətəndaşların (mən onların dərdinə şərikəm, amma qanun qanundur) deyil, möhtəkirlərin əlində cəmləşib. Deməli, suyu bulandıran da əsasən onlardır. Neçə vaxtdır ki, çeklərin istifadə müddətinin uzadılmasına çalışırlar. Sadə insanlardan da istifadə edilər. İndi isə başa düşüblər ki, böyük ehtimalla müddət uzadılmayacaq, ona görə də çekləri satmağa başlayıblar. Çek belə dəyərlidirsə, niyə satırlar? Bir sözlə, bu oyuna getməyin! Çekləri almayın! Satanlar barədə hüquq-mühafizə orqanlarına məlumat verin. Bu, dələduzluqdur! Bəli, istisna deyil ki, dövlət hər şeyə rəğmən çeklərin istifadə müddətini uzada bilər. Amma ona qədər həmin çeklər adi kağız parçasıdır. Kağız parçasına görə real pulunuzu verməyin!”.(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar