Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda gündə 25 min qoyun kəsilirsə onların dərisi hara gedir?..

Azərbaycanda yüngül sənaye üçün mühüm xammal növlərindən olan gön-dəri istehsalı üçün böyük potensial mövcuddur. Çünki özünü mal və qoyun əti ilə böyük ölçüdə təmin edir, bu isə o deməkdir ki, ətindən istifadə etmək üçün kəsilmiş iri və xırdabuynuzlu heyvanların dəriləri hesabına həm yerli yüngül sənayenin xammal ehtiyacını təmin etmək, həm də aşılanmış gön-dərinin bir qismini ixraca yönəltmək olar.

virtualaz.org bu sahədə işlərin nə yerdə olduğunu, Azərbaycanda yüngül sənayenin gön-dəri xammalına hazırkı tələbatını və bu xammalın ixrac imkanlarını araşdırmağa çalışıb.

Bir neçə il əvvəl hökumət ölkədən gön-dəri xammalının ucuz qiymətə xaricə satılmasının qarşısını almaq üçün hər ton üçün 350 dollar ixrac rüsumu tətbiq etmişdi. Lakin ötən ilin payızında hökumət gön-dəri ixracını təşviq etmək qərarına gəlib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilib. Dəyişikliyə əsasən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının mövcud dərəcəsi saxlanılmaqla, həmin məhsullara tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kiloqram üçün 350 dollardan 150 dollara endirilib. Bu dəyişiklik 2023-cü ilin sonuna qədər qüvvədə olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il ərzində Azərbaycan 12 milyon dollara yaxın emal olunmamış gön və aşılanmış dəri ixrac edib. Dəri məmulatların ixracı eyni dövrdə 138 min dollar təşkil edib. Məlumdur ki, ölkənin yerli dəri emalı müəssisələri aşılanmış dərini xammal şəklində Türkiyə, Ukrayna, o cümlədən çox az qismini Çin və Hindistana ixrac edir. Lakin indi  işlənmiş, emal edilmiş dərini Avropa bazarlarına da çıxarmaq mümkün olacaq. Son illər ölkədə dəri aşılanması və emalı üzrə müasir müəssisələr də qurulur. Azərbaycanda dəri emalı üzrə ən iri müəssisələrdən biri də Yevlax rayonunda yerləşən “Gilan” Dəri Emalı Zavodudur. Zavodun saytında göstərilir ki,  müəssisə 46,700 m² ərazini əhatə edir və zavod İtaliya istehsalı olan ən son texnologiya ilə, dərinin aşılanması, presləmə və parlatma avadanlıqları istehsalçısı olan CM və “Aletti” kimi məşhur şirkətlərin avadanlıqları, o cümlədən dərinin aşılanması və örtülməsi üzrə avadanlıq istehsalçısı “Poletto” şirkətinin avadanlıqları,  aşılama, parlatma, presləmə avadanlıqlarının istehsalçısı olan “ Flamar Tomboni” şirkətinin avadanlıqları ilə təchiz edilib.

Azərbaycanda vaxtilə sovet dövründə xəz-dəri, gön-dəri materiallarından istifadə etməklə ayaqqabı, geyim hazırlayan fabriklər, zavodlar olub. Doğrudur, məhsullar keyfiyyət və görünüşünə görə dünya bazarına çıxarılacaq səviyyədə hazırlanmayıb, amma daxili tələbatı qismən ödəyib. Hazırda isə dəri xammal şəklində xaricə ixrac edilir, dəridən hazırlanmış məhsulları isə əsasən xaricdən alırıq. Hərçənd son illər ölkədə yüngül sənayenin xeyli dirçəldiyi də müşahidə edilir. Bu sahənin qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən biri kimi inkişafı üçün işlər görülür.

Məsələn, ötən ilin yanvar-oktyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 392,3 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 1 milyon 173 min cüt ayaqqabı istehsal olunub, bu 2020-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. Beləliklə, uzun illərdən sonra ilk dəfə ötən il dəri ayaqqabı istehsalı rekord həddə çatıb.

Azərbaycanda 7,6 milyon baş xırdabuynuzlu, 2,5 milyon baş iribuynuzlu heyvan var. O cümlədən donuzçuluq təsərrüfatları  fəaliyyət göstərir. Hər gün minlərlə heyvan kəsimə gedir, deməli kifayət qədər xammal mövcuddur.

Hazırda yerli qəssablar qoyun dərisini ( aşılanmamış halda) 1 manat-1 manat 50 qəpikdən, mal dərisini 4-5 manatdan satırlar. Bakıda söhbətləşdiyimiz əksər qəssablar dəriləri daimi müştəriləri olan sexlərə satdıqlarını bildiriblər.

Ekspert Nəriman Ağayev isə deyir ki, onların hesablamalarına görə ölkədə hər gün təxminən 25 min baş qoyun, 5 min donuz, 2 min baş iribuynuzlu heyvan kəsilir. Bu baxımdan ölkədə kifayət qədər gön-dəri xammalı ehtiyatı var.

Ekspert bildirib ki, dərilərin bir hissəsi əsasən Şimal bölgəsində yerli müəssisələrdə istifadə edilir, papaqlar, gödəkçələr tikilir: “Azərbaycanda məsələn, fərdi ayaqqabı tikən ustalar çoxdur, həm gənc, həm yaşlılar bu sahə ilə məşğul olurlar, təcrübələri də var. Amma bazar formalaşmayıb. Türkiyə bu sahə üzrə daha çox inkişaf edib. Gön-dəri xammal kimi xaricə satılır, hazır məhsul kimi xaricdən idxal edirik. Halbuki özümüz istehsal etsək, əlavə dəyər ölkədə qalar, yeni iş yerləri açılar, həm dövlət, həm sahibkar, həm də vətəndaş qazanar”.

N.Ağayevin sözlərinə görə, məsələn, Çin təcrübəsindən istifadə etmək olar. Ölkəyə modelyer dəvət etmək olar, dəridən məhsullar hazırlayıb xarici bazara çıxarıla bilərlər. Bu sahə ilə məşğul olmaq istəyən sahibkarlar keyfiyyətli məhsulla bazarda yer tuta bilərlər.

Qeyd edək ki, ötən ilin 11 ayında ölkəyə ümumi bəyan edilən 72,6 milyon dollarlıq 30,7 milyon cüt ayaqqabı idxal edilib. İdxalın 15,7 faizi, yaxud 4 milyon 846 cüt üst hissəsi təbii dəri olan ayaqqabılar təşkil edib.

Lakin  indi hökumətin dəri ixracını təşviq edən qərarı onu göstərir ki, ölkədə hasil edilən xammal yerli yüngül sənayenin tələbatından xeyli artıqdır və deməli bu xammalı ixraca yönəltmək yenidən aktuallaşıb. İxracın stimullaşdırılması yerli dəri emalçılarının da işinin canlanmasına, yeni emal sexlərinin yaradılmasına səbəb olacaq.

Ü.Xudiyeva (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar