Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev xəstəxanaya yerləşdirildi – Akademikin səhhəti ağırlaşıb

Son zamanlar ən yaxın tərəfdarlarının da ciddi tənqidinə məruz qalan “Baş” akademik Ramiz Mehdiyevin səhhəti ağırlaşıb.

Ovqat.com-un məlumatına görə, dünən axşam halı pisləşən Mehdiyevi özəl xəstəxanalardan birinə yerləşdiriblər.

“Baş” akademikin həyati təhlükəsi davam edir.

Açığı, onun Azərbaycan qarşısında törətdiyi cinayətlərin hüquqi məsuliyyətini ödəmədən dünyaya “əlvida” deməsini heç istəməzdim. Hər varlıq kimi, hüququn da namusu var. Ramiz Mehdiyevin həbsxana qapsını görmədən dünyadan köçməsi Azərbaycanın hüquq sisteminin namusuna ləkə kimi düşə bilər. Odur ki, məhkəmə-hüquq sistemi öz namusunu təmizləmək üçün dərhal hərəkətə keçməli və “Baş” akademikin heç olmasa qiyabında hökm çıxarmalıdır. Zatən ən böyük cəzasını o biri dünyada alacaq olan Ramiz Mehdiyevə də bu hökm olduqca vacibdir. Ən azından məsuliyyətinin bir hissəsini bu dünyada ödəyərək İlahi Məhkəmə qarşısına çıxa və daha xəfif atəşlə cəzalandırıla bilər.

Azərbaycan hakimiyyəti uzun illər ona yol göstərən bu insandan öz humanizmini əsirgəməməli, cəzasının bir qısmini bu dünyada çəkməsinə şərait yaratmalıdır.

Qələmi qızıl yumurtalayan “akademik” də əks cəbhəyə keçdi

Yeri gəlmişkən, əldə etdiyimiz məlumatına görə, “Baş” akademikin ən yaxın dostu İsa Həbibbəyli ona qarşı kampaniyanın təşkilində xüsusi canfəşanlıq edir. Görünür, öz canını hüquqi məsuliyyətdən xilas etmək arzusu qələmi qızıl yumurtalayan İsa müəllimi bu cür addım atmağa vadar edir. O da mümkündür ki, İsa müəllimin könlündən yaxınlarda boşalacaq “Baş” akademik postunda əyləşmək keçir.

Azərbaycan hakimiyyəti alim əvəzinə yaltaq yetişdirən AMEA-nı tamamilə ləğv edib bu cür xəyanətlərin qarşısını birdəfəlik almalıdır. Rusiyanın 5-ci kolonunun oylağına çevrilən AMEA sovet quruluşundan qalma sistemdir və müasir reallıqlarla ayaqlaşmır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar