Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heyvan kəsimi məntəqələrində reyd keçirildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlik müfəttişlərinin yeri icra orqanlarının əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna yolunda fiziki şəxslər Babayev Emin Sahib oğlu, Əliyev Namiq Əlverdi oğluna; Maştağa qəsəbəsi, H. Heybətov küçəsində Abbasov Elmir Ədalət oğluna; Maştağa qəsəbəsi, Maştağa-Nardaran yolunda fiziki şəxslər Qasımov Ceyhun Fərhad oğlu, Qədirov Niyaməddin Möhlət oğluna; Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Binəqədi şosesində fiziki şəxslər Cəfərov Şərif Əli oğlu, Şirinov Sahil Ayaz oğlu, Əliyev Rəşad Qadir oğluna; Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi ilə Məşədi Adil küçəsinin kəsişməsində fiziki şəxs Rüstəmov Ramil Rüstəm oğluna; Kürdəxanı qəsəbəsi, Tofiq Tağızadə küçəsində Əliyev Qədir Nahid oğluna; Pirşağı qəsəbəsi, Qızılqum ünvanında Həsənov Şükür Ələkbər oğluna; Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində fiziki şəxslər Baloğlanov Kamal Arzuman oğlu, Məlikov Hüseyn Balabəy oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay