Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb - Fotolar

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib.

Sonra hərbi birliyin şəxsi heyəti ilə xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə nazirinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi psixoloji durumunun yaxşılaşdırılması istiqamətində aparılan işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Xidməti döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Müşavirədə polkovnik Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oxunub, ona gələcək xidmətində uğurlar arzulanıb, xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı müdafiə nazirinin tapşırıq və tövsiyələri çatdırılıb.

Sonda Baş Qərargah rəisi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar