Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda dəhşətli qətl: Anasının başını kəsdi - Yenilənib

Prokurorluq Nəsimi rayonunda baş verən qətl barədə məlumat yayıb.

Nəsimi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürülməsi) maddəsi ilə cinayət işi başlanıb.

Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakıda oğul anasını qətlə yetirib.

PİA.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.

Qonşular İTV-yə bildirib ki, bundan öncə onlarda problem eşidilməyib, sakit ailə olublar. Oğlanın isə hansı səbəbdən qətl törətdiyi hələ ki, dəqiqləşdirilməyib.

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar