Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada elçilikdən sonra cinayət - Özünü güllələyərək öldürdü

Dekabrın 10-da Astara rayonunun Marzəsəy kəndinin Bio adlanan hissəsində 1969-cu il təvəllüdlü İ.Teymurovun özünü güllələyərək intihar etməsi hadisəsinin şok təfərrüatları üzə çıxıb.

PİA.az Publika.az-a istinadən xəbər verir ki, 5 övladı olan İ.Teymurov hadisədən bir gün əvvəl ailə üzvləri ilə birlikdə oğlunun istədiyi qızın evinə elçiliyə gedib. Elçilik məclisində qarşı tərəf qızı İ.Teymurovun oğluna verməyə razı olub və "həri” baş tutub.

Bundan sonra İ.Teymurovun Rusiyada yaşayan yaxın qohumu ona zəng edərək onun oğlunun həmin qızla evlənməsinə qarşı olduğunu, bu izdivaca imkan verməyəcəyini, əgər onlar evlənərsə İ.Teymurovla qohumluqdan imtina edəcəyini bildirib.

İ.Teymurov isə oğluna həyətdəki sitrus meyvələrini satmasını və toya hazırlaşmağa başlamasını deyib. Lakin həmin qohum təkidlə onlardan həmin qızı evə gəlin gətirməməyi tələb edib, əks halda onlardan üz döndərəcəyini deyib.

Bundan sonra İ.Teymurov tüfəngini götürərək kəndin yaxınlığındakı meşəyə gedib. Orada qardaşı oğlu ilə rastlaşdığından o, meşədə intihar etmək niyyətini həyata keçirə bilməyib.

Daha sonra yaşadığı evə gələn 52 yaşlı kişi evin zirzəmisinə girərək tüfəngi çənə nahiyəsinə dirəyib və atəş açıb.

O, aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Azərbaycanda meymunçiçəyi virusuna yoluxanlar var? - Açıqlama - Video

ABŞ-də daha bir partiya prezidentliyə namizədini irəli sürdü

Ən çox oxunanalar