Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə oğul xəstə atasını qətlə yetirərək evin həyətində basdırıb - Yenilənib

Gəncə Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

PİA.az xəbər verir ki, məlumatda deyilir:

"10 may 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə daxil olan müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".

***

Gəncədə oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, Məmmədov Məhəmməd polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub.

Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar