Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna və Rusiyanın gələcəyi - Putinin üçün “olmaq, ya da olmamaq” məsələsi...

Nüvə müharibəsi ehtimalı da daxil olmaqla, Rusiyanın risk etməyəcəyi heç bir şey yoxdur. Bu, Putinin qətiyyətini artırır və ABŞ-ı qorxudur...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 9 dekabr 2021-ci il

Dünyadakı siyasi ictimaiyyətlər həyəcanlı vəziyyətdədir. Çünki Bayden və Putin arasında iki saat davam edən bir görüş baş tutub. Artıq diqqətin müharibə şəraitinin qızışdığı Ukraynaya yönəldiyi məlum idi. Bu məsələnin mərkəzdə olması şərti ilə hər iki tərəf aralarındakı münasibətlərin daha geniş miqyasda ümumi qiymətləndirilməsini və görülə biləcək tədbirləri müzakirə edib. Sonra qarşılıqlı izahatlar verilib. Düşünə bilərik ki, burada həlledici amil ABŞ-dan gələn bəyanatlardır. Əgər ABŞ-ın qiymətləndirməsi Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə hərbi cavab vermək istiqamətində olsaydı, biz vəziyyətin dramatik qarşıdurmaya çevrildiyini və yenidən “Soyuq Müharibə” ab-havasının başladığını düşünəcəkdik. Amma belə olmadı.

Ağ Evdən verilən açıqlamada Rusiyanın Ukraynaya girəcəyi təqdirdə, reaksiyanın sərt iqtisadi sanksiyalar olacağı bildirilib. Bu, Rusiyanı çəkindirə bilərmi?

Əgər Rusiya, həqiqətən də Ukrayna ilə müharibə etməkdə qətiyyətlidirsə, bu təhlükənin heç vaxt onu dayandıra bilməyəcəyini deyə bilərik. Çünki bilirik ki, burada ilişib qalan tərəf elə Rusiyanın özüdür. Putin ABŞ-ın onu Yunanıstan, Bolqarıstan və Rumıniya vasitəsilə blokadaya aldığını görür. Putin Ukraynanı itirsə, Rusiyanın da çökəcəyini proqnozlaşdırır. Bu da onun üçün sözün əsl mənasında “olmaq ya da olmamaq” məsələsinə çevrilib.

O zaman nüvə müharibəsi ehtimalı da daxil olmaqla, risk etməyəcəyi heç bir şey yoxdur. Bu, Putinin qətiyyətini artırır və ABŞ-ı qorxudur. ABŞ son zamanlar Şərqi Avropa və Qara dənizdən sıxışdırdığı Rusiyanın bu qətiyyəti qarşısında geri addım atıb. Ümumiləşdirsək, bu görüşün qalibi açıq-aşkar Putindir. Nəticələrə baxaraq bunu iddia edə bilərik. ABŞ-ın dünya dövlətləri qarşısında etibarı Əfqanıstandan sonra, Ukraynada da azalmaqda davam edir.

Yaxşı, o zaman biz də sual verməliyik: ABŞ hadisələrin buraya gələcəyini və geri addım atmalı olacağını gözləmirdimi? O, nəyə güvənir? Bayden Putinlə görüşündən sonra İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri ilə də görüşəcək. Bu danışıqlardan nə gözləmək olar? Bu liderlərin döyüş şüarları ilə özlərini ruhlandırmasını?

Putin təbii qaz kranını əlində saxlayır. Avropada artıq başlayan qış şərtlərini nəzərə alsaq, qitəni dondurmaq və silkələmək onun üçün çox asandır. Pandemiya şəraitində ləngiyən və tənəzzülə girən Avropa iqtisadiyyatlarının yavaş-yavaş dayanmağa doğru getdiyini unutmayaq. Bu narahatlıqları birbaşa Almaniya yaşayır. Fransa uzaqda olsa da, Almaniyanın və daha çox AB-nin belə dramatik sıxıntı yaşamasını istəməzdi. Nəticəsi bütün tərəflər üçün fəlakətli olan Ukrayna müharibəsinə girmək Avropa Birliyinin seçimi ola bilərmi? Bu, mümkün deyil.

ABŞ onları öncədən görə bilməzdimi? Əgər ABŞ-ın belə hesabsız strategiyası varsa, deməli, işi çoxdan bitib. Əgər məsələ silah sənayesini saxlamaqla və buna görə də, regional gərginliyi artırmaqla məhdudlaşırsa, bu, ABŞ-ın siyasətlərinin sadələşdiyini və onların orta və uzunmüddətli diapazondan kənara çıxdığını göstərir. Çünki bir nöqtədən sonra heç bir dövlət, hətta onun əlaltısı olan terror təşkilatları ABŞ-a arxalanaraq iş görməyəcəklər.

Məncə, ABŞ-ın həyata keçirdiyi təxribat xarakterli Qara dəniz və Şərqi Avropa siyasəti və strategiyaları Rusiya ilə Ukrayna arasında qanlı müharibəyə başlamaq və geri çəkilmək demək idi. Bunu müəyyən həddə çatdırdılar. Biz Zelenskinin bu ssenaridə öz rolunu oynadığını görürük. Bu mərhələdə top Putinin əlindədir. Əgər Putin ordularına hücuma keçmək və müharibəyə başlamaq əmrini versə, o, ABŞ-ın oyununu oynamış olacaq. Onun bunu edəcəyini düşünmürəm. Məncə, Putin bundan sonra Qərbin, xüsusən də ABŞ-ın tək qoyduğu Ukraynanı başqa yollarla, məsələn, qaz verməməklə cəzalandıracaq və Zelenski hökumətini devirmək planları üzərində işləyəcək. Bu tendensiyanı geri çevirə biləcək tək bir ehtimal var. Onu da açıqlayaq.

Avropa liderlərindən sonra Baydenin də Zelenski ilə görüşəcəyi açıqlanıb. Düşünə bilərik ki, hər cür uduzacağını bilən Zelenski bu görüşdə son oyunu oynamaq və Ukraynanı tez bir zamanda NATO-ya daxil etmək istəyə bilər. Bu tələbin o qədər də asan olacağını düşünmürəm, amma reallaşdığını fərz etsək, 3-cü Dünya Müharibəsi başlayacaq. ABŞ-ın bu riski götürüb-götürməyəcəyinə dair dərin şübhələrim var. Bir sözlə, mənim şəxsi fikrim budur ki, heç kim tətiyə əl atmayacaq və bu böhran Ukraynanın ağır itkisi ilə nəticələnəcək.

Hamı Qara dənizdə və Ukraynada qapalı olsa da, məncə, əsas kritik yüksəliş aşağı coğrafiyalardan gələcək. Bu, birbaşa İsrail-İran yönümlüdür. Mən çoxdandır ki, İsrailin gec-tez İranı vuracağını vurğulayıram. Bəlkə də vaxtı çatıb. Bəlkə də, Putin-Baydən görüşündə İran məsələsi Ukrayna məsələsindən daha çox müzakirə edilib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Ən çox oxunanalar