Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-nin səmti müəyyənetmə komandası yarışda uğur qazanıb

Dekabrın 5-də Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri Dənizkənarı bulvar və İçərişəhər ərazisində Zəfər gününə həsr olunmuş Səmti müəyyənetmə idman növü üzrə Açıq ölkə çempionatı keçirilib.

Çempionatda müxtəlif kateqoriya üzrə 4 komanda olmaqla (Fövqəladə Hallar Nazirliyi, Dağçılıq İdman klubu, Neftçi İdman klubu, Xüsusi Dövlət Mühafizə Xidməti) 250-ə yaxın idmançı mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin Səmti müəyyənetmə komandası komanda nümayəndəsi İdman-sağlamlıq klubunun əməkdaşı mayor Orxan Mansurovun rəhbərliyi altında 6 nəfərdən ibarət idmançı kompas və xəritədən istifadə etməklə öz bacarıqlarını nümayiş etdiriblər. Belə ki, Komanda yarışlarında FHN-nin komandası 3,4 kilometr məsafədə 18 nəzarət məntəqəsini taparaq finiş xəttinə 2-ci yerdə çatmağı bacarıblar. Şəxsi yarışlarda kişilər arasında nazirliyin Kiçik Həcmli Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daxili xidmət çavuşu Mirzə Hüseynzadə 3,2 kilometr məsafədə yerləşən 12 nəzarət məntəqəsini taparaq 3-cü yerə, xanımlar arasında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva 3 kilometr məsafədə 12 nəzarət məntəqəsini hamıdan tez taparaq 1-ci yerə layiq görülüb. Qaliblərə Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının kubok, diplom və medalları təqdim olunub.

Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, qiymətli hədiyyələr verərək gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Səmti müəyyənetmə üzrə komandamız 2022-ci ildə Azərbaycanda təşkil olunacaq Beynəlxalq turnirdə iştirak edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar