Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni rasizmi: Ermənistanda “türk” sözü ağır söyüş və təhqirlər sırasına aid edilib... - Bizim cavabımız olacaq?

Azərbaycan, ya da Türkiyə bu qanunla bağlı beynəlxalq məhkələrə müraciət edib bu qanunda “türk” sözünün çıxarılmasını tələb edə bilərmi?..

Politoloq: “Ermənistan parlamentinin bu qərarın qəbul edilməsi, əslində onların cəmiyyətlərinin nə qədər deqradasiyaya uğradığını, ümumilikdə erməni siyasətinin nə qədər mənfur, nifrət, kin dolu siyasət olduğunu ortaya qoyur”.

“Türk sözünün təhqir, yaxud da aşağılayıcı bir anlayışa gətirib çıxırılması təkcə Azərbaycan və Türkiyənin deyil, digər türk dövlətlərinin də qəzəbinə səbəb olmalıdır. Türk dövlətləri bununla bağlı müvafiq addımlar ata bilərlər”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistanda “türk” sözünün ağır söyüş və təhqirlər sırasına aid edilməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu ilin iyul ayında Ermənistan parlamentində internetdə və mətbuatda ağır söyüş və təhqirlə bağlı qanun qəbul edilib. Maraqlıdır ki, Ermənistan parlamenti “türk” sözünü də ağır söyüş və təhqirlər sırasına aid edilib və buna görə cəza təyin olunub. Artıq bununla bağlı məhkəmə prosesləri də var və Ermənistanın baş naziri ona “türk” deyən bəzi şəxsləri məhkəməyə verib.

Ermənistan parlamentinin açıq şəkildə “türk”ə nifrəti, eyni zamanda rasizmi qanuniləşdirən bu qərarını necə dəyərləndirmək olar? Azərbaycan, ya da Türkiyə bu qanunla bağlı beynəlxalq məhkələrə müraciət edib bu qanunda “türk” sözünün çıxarılmasını tələb edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Ermənistan islamofobiya ilə yanaşı türkəfobiyadan və azərifobiyadan ciddi şəkildə əziyyət çəkir. Onlar artıq bunu rəsmi şəkildə büruzə verməkdədirlər”.

Ermənilərin türklərə, o cümlədən türk millətindən olan azərbaycanlılara, ümumiyyətlə müsəlmanlara qarşı ifrat dərəcədə kin və qəzəblə dolu olduqlarını, bu kin və qəzəbin onları məhv etdiyini və hazırda bu kin və nifrətin Ermənistan dövlətini məhvə sürükləyən əsas faktora çevrildiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, onlar artıq bu nifrəti dövlət səviyyəsində rəsmiləşdirməklə büruzə verməkdədirlər:

“Hazırda Ermənistan daxilində vəziyyət çox gərgindir. 44 günlük müharibədən sonra Ermənistanın daxilində baş verən təlatümlər bu gün də davam etməkdədir. Müxalifət Nikol Paşinyana və onun ətrafındakılarına qarşı ciddi ittihamlar səsləndirirlər. Ermənistanda iqtidar-çüxalifət qarşıdurması artıq normal münasibətlərdən çoxdan çıxıb və bu münasibətlər ifrat dərəcədə düşmənşiliyə qədər yuvarlanıb. Bu ifrat düşmənşilik özünü Ermənistan parlamentində də göstərməkdədir.

Ermənistan parlamentinin bu qərarın qəbul edilməsi, əslində onların cəmiyyətlərinin nə qədər deqradasiyaya uğradığını, ümumilikdə erməni siyasətinin nə qədər mənfur, nifrət, kin dolu siyasət olduğunu ortaya qoyur. Çünki biz ilk dəfə deyil onlardan belə bir münasibətin şahidi oluruq. Ermənilər türklərə, o cümlədən türk millətindən olan azərbaycanlılara, ümumiyyətlə müsəlmanlara qarşı ifrat dərəcədə kin və qəzəblə doldururlar. Bu kin və qəzəb onları məhv edir və hazırda bu kin və nifrət Ermənistan dövlətini məhvə sürükləyən əsas faktora çevrilib.

Hesab edirəm ki, Ermənistan islamofobiya ilə yanaşı türkəfobiyadan və azərifobiyadan ciddi şəkildə əziyyət çəkir. Onlar artıq bunu rəsmi şəkildə büruzə verməkdədirlər. Nəzərə alamaq lazımdır ki, ermənilərin bu münasibəti yaxın qonşularına qarşıdır və iki erməninin bir-birinə “türk” deməsi bu cəmiyyətdə ağır təhqir kimi qəbul edilirsə, demək ki, erməni cəmiyyəti öz qonşusu ilə normal münasibətlərdə yaşamaq zehniyyətinə sahib deyil. “Türk” sözünü işlədən vətəndaşların cəzalandırılması, əslində həmin dövlətin normal, sivil dövlət olmadığından xəbər verir. Həmin müddəanın olması və o müddəa ilə bağlı məhkəməyə müraciət edilməsi, türk sözünün təhqir, yaxud da aşağılayıcı bir anlayışa gətirib çıxırılması təkcə Azərbaycan və Türkiyənin deyil, digər türk dövlətlərinin də qəzəbinə səbəb olmalıdır. Türk dövlətləri bununla bağlı müvafiq addımlar ata bilərlər.

Xəyal Bəşirov: “Nikol Paşinyan bu kimi qanunların qəbul edilməsinə və belə insanların məhkəməyə verilməsi ilə bağlı proseslərə zaman xərcləməkdənsə, yaxşı olardı ki, o Ermənistan cəmiyyətinə hazırkı reallığı dərk etdirəydi”.

Ola bilər Ermənistan dövləti iddia etsin ki, bu qanunlar ölkənin daxilində mövcuddur. Amma hər bir halda dövlət özü də beynəlxalq birliyin tərkib hissəsidir. Dövlətin daxilində qəbul edilmiş qərarlar həmin dövlətin tərkib hissəsi olan beynəlxalq birliyin qəbul etdiyi hüquqi prinsiplərə, normalara, elə də həmin dövlətin imzaladığı beynəlxalq konvensiyalara uyğun olmalıdır.

Hesab edirəm ki, Ermənistanın baş nazirinin belə addımlar atması əslində onun türklərə, azərbaycanlılara satıldığını, öz xalqına xəyanət etməsini deyənlərə cavabdır. Amma bu çox məntiqsiz, dar düşüncəli addımdır. Əgər insanlar, cəmiyyət bu kimi fikirlərdədirsə, imperativ addımlarla onun qarşısını almaq mümkün deyil. Əksinə Nikol Paşinyan bu kimi qanunların qəbul edilməsinə və belə insanların məhkəməyə verilməsi ilə bağlı proseslərə zaman xərcləməkdənsə, yaxşı olardı ki, o Ermənistan cəmiyyətinə hazırkı reallığı dərk etdirəydi.

Paşinyan Azərbaycanın ortaya qoyduğu yeni geosiyasi reallığın şərtlərinə uyğun addımlar atmalıdır. O Ermənistanın iqtisadi blokadadan çıxmasına nail olmalıdır. Belə olan halda Ermənistan cəmiyyəti nəhayət ki, düşdüyü acınacaqlı durumdan çıxacaq. Əks təqdirdə belə qanunlar qəbul etməklə Ermənistan dövləti ən böyük zərbəni özünə vurmuş olacaq”.

Nərminə UMUDLU
pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar