Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının Neapol küçəsində cinayət hadisəsi baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərbə vurmaqda ittiham olunan Bakı şəhər sakini, 51 yaşlı Rafiq Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

virtualaz.org-un xəbərinə görə, hadisə ötən il avqustun 7-də paytaxtın Xətai rayonu, Neapol küçəsi, 9 saylı ünvanda baş verib. Birlikdə spirtli içki qəbul edən qonşular arasında mübahisə düşüb. Mübahisə qansız ötüşməyib. Bıçağa əl atan R.Cəfərov polisə, yaralı qonşu isə xəstəxanaya aparılıb.

Təqsirləndirilən R.Cəfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində qonşusu Tərlan Ələkbərovla hadisə baş verən günə qədər aralarında narazılıq, ədavət, düşmənçilik olmadığını deyib: “Həmin gün qonşum Cahidlə birgə binanın arxasındakı bağ sahəsində yemək yeyib spirtli içki qəbul etmişdik. Sonra binanın qarşısındakı mərasim evinin yanına gəldik, skamyada əyləşdik, pivə içməyə başladıq. Bir qədər sonra digər qonşumuz Tərlan və İsgəndər də gəldilər, birlikdə söhbət etdik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, söhbət əsnasında Tərlan Ələkbərov kobud tərzdə ucadan danışmağa başladıqda ona iradını bildirib, danışıqlarına fikir verməsini təklif edib: “Cavab qaytaranda sifətindən vurdum, ünvanıma söyüş söydü. Nalayiq ifadələr işlətməsindın əsəbləşdim. Mərasim evinə bitişik olan otaqdan bıçaq götürüb Tərlanın sinəsindən vurdum. Tərlan qaçıb oradan uzaqlaşdı. Bıçağı zibil qabına atdım. Bir qədər sonra polis əməkdaşları tərəfindən saxlanıldım”.

Zərərçəkmiş Tərlan Ələkbərov ifadəsində göstərib ki, axşam saatlarında qonşularının binanın qarşısında pivə içdiklərini görüb, yanlarına gəlib, onlara qoşularaq pivə içib. Digərlərinə nisbətən içkinin təsirindən 

tez sərxoş olduğundan qonşularla uca səslə danışmağa başlayıb. Qonşusu R.Cəfərov ona “sakit ol, camaatın dincliyini pozma, alçaqdan danış, səndən də başqa adam var” desə də, deyilənlərə məhəl qoymayıb: “Rafiqin sözləri xoşuma gəlmədi, mübahisə etdim, ünvanına söyüş söydüm. Məndən söyüş söyməməyi tələb etdi. Sərxoş olduğum üçün fikir vermədim, söyməyə davam etdim. O, da sakitləşmədiyimi görüb mərasim evinə getdi. Tez geri qayıdıb “artıq bəsdir bu qədəri” deyib bıçaqla sinəmdən vurdu. 3 saylı şəhər xəstəxanasına gəldim, orada mənə tibbi yardım göstərdilər”.

Məhkəmənin hökmü ilə Rafiq Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar