Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Navalnı Nəriman Osmanovdan yazıb

Rusiyanın həbsdə olan müxalif lideri Aleksey Navalnı keçmiş dustaq yoldaşı Nəriman Osmanovdan yazıb.

Novator.az saytının məlumatına görə, Navalnının bu barədə həbsxanadan yazıb göndərdiyi açıqlamanı tərəfdarları onun “İnstagram” səhifəsində yerləşdiriblər.

Nəriman Osmanov Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində Aleksey Navalnı ilə birgə cəza çəkib. Azadlığa çıxandan sonra o, Rusiyanın “Dojd” telekanalına müsahibə verərək həbsxanada Navalnıya qarşı törədilən qanunsuzluqlardan danışıb.

Telekanalın “Navalnıya qarşı işgəncələr: siyasətçi kimlərlə əhatə olunub, onu necə gözdən salır və sındırırlar?” adlı reportajında digər keçmiş dustaqların, əsasən Yevgeni Burakın da fikirləri yer alıb.

Novator.az xəbər verir ki, Navalnı “İnstagram”da yerləşdirilən yazılı açıqlamasında Nəriman Osmanovla ilk tanışlığını belə təsvir edib: “Mənim “zon”a təzəcə gətirildiyim günlər idi. Həbsxananın uzaq bir küncündə təkcə dayanmışdım. Bu vaxt bir qafqazlı fürsət tapıb mənə yaxınlaşdı. Yaşı az olmazdı. Sinəsində adı belə yazılmışdı: “Nəriman Osmanov”.

– Dağıstan? – soruşdum.

– Demək olar ki, – cavab verdi. – Azərbaycan avarıyam.

Sonra söhbəti bitiribmiş kimi üzünü çevirdi, lap casus filmlərindəki sayaq o biri səmtə baxa-baxa dedi: “Ətrafın “kozyol”larla (Rusiyada həbsxana rəhbərliyinə işləyən dustaqlara belə deyirlər), satqınlarla doludur. Sənin hər addımını qeydə alırlar. Heç bir sözə inanma. Hətta mən ucadan sənə “hə” desəm, bil ki, bu, “yox” deməkdir və əksinə – “yox” desəm, “hə” deməkdir.

Bunları söyləyib getdi.

– İşə bir bax! – Başımı qaşıya-qaşıya öz-özümə dedim. Əslində başqa cür olacağını heç gözləmirdim də, ancaq hiss olunurdu ki, bunları mənə çatdıran adam real riskə gedir.

– İşə bir bax! – Vəkilim 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinin keçmiş “zek”lərinin – Nərimanın və başqlarının mənimlə bağlı telekanala müsahibə verdiyini söyləyində yenə içimdən bu nida keçdi”.

Nəriman Osmanov “Dojd”a açıqlamasında deyib ki, 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində məhbuslara Aleksey Navalnı ilə ünsiyyət saxlamamaq tapşırığı verilib: “Navalnı tam təcrid olunub”.

Navalnı “İnstagram”da yerləşdirilən açıqlamasında yazıb: “Mən həqiqətən də həbsxana içərisində həbsxana həyatı – ikiqat həbs yaşayıram, təcrid olunmuş durumdayam. Sırf özümə aid olanlardan savayı heç nədən xəbərim yoxdur.

Baş verənləri, məsələn, mənimlə söhbət etdiyi üçün bərbərin döyüldüyünü biləndə sadəcə şoka düşmüşdüm. Biz onunla vur-tut bir neçə kəlmə kəsmişdik. Özüm də sonralar fikirləşirdim ki, görəsən bərbər hara yoxa çıxdı?”

Nərman Osmanov telekanala müsahibəsində bildirib ki, Aleksey Navalnı keyfiyyətli müalicə ilə təmin olunması tələbi ilə aclıq etdiyi zaman onun yanına guya vərəm xəstəsi olan bir məhbus yerləşdiriblər. Əslində isə həmin məhbus sadəcə rola giribmiş.

Navalnı yazılı açıqlamasında bu məqama da toxunub: “Bəzi şeylərə gülməyim tutdu. Sən demə, qonşu çarpayıda “vərəm xəstəsi”nin yatızdırılması məni qorxutmaq üçün bir oyun imiş. Ha-ha-ha! Həmin anı çox yaxşı xatırlayıram. Mənə dedilər ki, bu dustaq aşkar vərəm xəstəsidir, yoluxa bilərsən. Mən də fikirləşdim ki, “Noviçok”dan sonra heç nə vecimə deyil, bircə ösükürəyinin səsi yuxuma mane olmasın”.

Məhbus siyasətçi açıqlamasında vurğulayır: “Belə baxanda deməyə söz də tapmırsan. Hər şeyin təxminən elə bu çür olacağını bilirdim. Unutmayın ki, kiçik qardaşım Oleq də eyni iş üzrə 3,5 il həbs cəzası çəkib. Aydan gəlməmişəm ki… Ölkəmizdə nəyin necə olduğunu yaxşı bilirəm”.

“Aydındır ki, bütün bunları Putin düzüb-qoşur” yazan Navalnı baş verənlərə görə Rusiya prezidentini ittiham edib.

Nəriman Osmanov “Dojd”a müsahibəsində onu da deyib ki, həbsxanada Navalnını məhbusların gözündən salmaq üçün film nümyiş etdiriblər: “Filmdə Navalnının qeyri-ənənəvi oriyentasiyalı adam olduğu aşılanırdı. Belə moizələri bütün həbsxana boyu yayırdılar”.

Nəriman Osmanovun sözlərinə görə, Navalnının aclıq elədiyi günlərin birində səhər-səhər həbsxananın təsərrüfat işlərinə cavabdeh şəxslər yarım torba kolbasa gətirərək tavada qızartmağa başlayıblar. Məqsəd o imiş ki, otağa iy yayılsın və siyasətçinin hövsələsi daralsın.

Nəriman Osmanov həmçinin bildirib ki, stasionar müalicədən qayıdandan sonrakı ilk üç gündə 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində Navalnını yatmağa qoymayıblar. Onunla yanaşı çarpayıya həbsxana iyerarxiyasında ən aşağı təbəqədən sayılan bir məhbus yerləşdiriblər. Həmin məhbus çürbəcür səslər çıxarırmış və onun bütün bunları həbsxana rəhbərliyinin göstərişi ilə etdiyini hamı başa düşürmüş.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay iki həftəyə endirib. Bir neçə gün sonra Navalnı istintaq təcridxanasından 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.

Sentyabrda Rusiya İstintaq Komitəsi Aleksey Navalnıya Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi açıb. Hazırda Navalnı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində “terrorizmə və ekstremizmə meylli” kimi uçotdadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar