Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmi 332 milyard dollar pulu olan iki nəfər: onlar Bodrum sahillərində görünüb...

Dünyanın ən zəngin adamlarından biri, “Microsoft”un qurucusu Bill Qeyts günlərdir Türkiyənin Bodrum kurort bölgəsində dolaşır və məlumatlara görə istirahətlə yanaşı iri yatırım planlarını da nəzərdən keçirir. Türkiyə mediası xəbər verir ki, təxminən bir həftə əvvəl yaxta ilə Bodruma istirahətə gələn Bill Qeyts Gökova, Marmaris və Fetihiyyeni gəzib dolaşdıqdan sonra ötən gün yenidən Bodruma dönüb. O, Türkiyənin iri iş adamlarından birinin villasında nahar edib.

Bildirilir ki, Bill Qeyts həftəlik kirayə haqqı 1.8 milyon dollar olan “Lana” adlı 106 metrlik yaxtada gəlib. Onu müşaiyət edənlər və cangüdənlər isə “Wayfinder” adlı başqa yaxta ilə gəliblər. Bill Geytsin hansı türkiyəli iş adamı ilə görüşdüyü haqda məlumat verilmir, amma 136 milyard dollardan çox sərvəti ilə dünyanın ən zənginlərindən olan amerikalı biznesmenin daha bir həftə Bodrumda və Türkiyənin digər sahilyanı kurort bölgələrində qalacağı bildirilir. Məlumata görə, “Microsoft” rəhbəri yatırım qoymaq üçün 3 milyon kvadratmetr ərazi almaq istəyir və bununla bağlı bir çox yerli iş adamları ilə müzakirələr aparır.

Bill Qeytsin ardınca dünyanın ən zənginlərindən olan digər amerikalı biznesmen, “Amazon”un qurucusu Ceff Bezosun da yaxtası Türkiyə sahillərinə yan alıb, gəmi Muğlaya lövbər salıb. Bezosun 136 metr uzunluğundakı “Flying Fox” adlı lüks yaxtası Gökova körfəzində qurudan getməyin çətin olduğu bölgəyə yan alıb.

Lakin Bezosun özünün yaxtada olub-olmadığını jurnalistlər dəqiqləşdirə bilməyiblər. Yaxtanın göyərtəsində iki vertolyot meydançası var və həmin meydançalardan birində milyarderin vertolyotu hər halda görünüb. Ceff Bezosun sərvəti 196 milyard dollara yaxındır.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar