Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat:"Paytaxtın Göyçay-İsmayıllı arasında salınmasına üstünlük verərdim"

"İndi paytaxın köçürülməsi gecikmiş məsələdir, vaxtında bu qərar qəbul olunsaydı, Azərbaycan xeyli rahatlayardı”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, bu gün Bakının fəlakətli olmasının səbəbi məhz budur:

"Hesab edirəm ki, paytaxın köçürülməsi artıq gecikmiş bir məsələdir. Təbii ki, müxtəlif fikirlər ola bilər, hər fikirə sayqı ilə yanaşmaq lazımdır. Amma indiki şərtlərlə paytaxtın sərhədə çox yaxın olması müəyyən dərəcədə problemlidir. Daha orta mövqelərdə olmasının məqsədəuyğun olduğunu düşünürəm. Mən paytaxtın Göyçay-İsmayıllı arasında salınmasına üstünlük verirdim. Mərkəz baxımından da Azərbaycanın ən uyğun coğrafiyası olaraq oranı görürdüm. Amma indi paytaxtı köçürmək çətinləşib. Bu gün Bakının fəlakətli olmasının səbəbi məhz budur. Vaxtında bu qərar qəbul olunsaydı, Azərbaycan xeyli rahatlayardı. İndi isə buna böyük vəsait lazımdır, böyük pullar lazımdır. İndi də Qarabağın bərpası ilə birlikdə bunu həyata keçirmək çox çətindir”.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev paytaxtın Ağdama köçürülməsini təklif etmişdi: "Mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslubda yenidən salınır. "Yaşıl şəhər” kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”. (Azxeber.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Ən çox oxunanalar