Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İdeal”ın keçmiş sahibinin məhkəmədə halı pisləşdi

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təkrar dindirilməyə çağırılmış mühasib Samirə Quliyevanın gəlmədiyi elan edilib.

İ.İsmayılovun vəkilləri ötən məhkəmə iclasında "İdeal Kompani"də mühasib işləmiş S.Quliyevanın əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırmış və təmin olunmuşdu. Vəkillər vəsatətlərində bildiriblər ki, İ.İsmayılovun şirkətin xəzinəsinə 2 milyon manat mədaxil etdiyini təsdiqləyən qəbzlərdə mühasibin imzası var: “O da bundan əvvəl məhkəmədə dindiriləndə imzaların ona məxsusluğunu təsdiqləyib”.

Məhkəmə qərar verib ki, S.Quliyeva növbəti məhkəmə iclasına da çağırılsın.

Daha sonra məhkəmədə sənədlərin təsdiqinə başlanılıb. Cinayət işi materiallarında olan, İ.İsmayılov haqqında 2017-ci ildə başlanan, 2018-ci ilin yanvarında xitam verilən cinayət işi ilə bağlı sənədlər elan olunub. Sənədlərdən məlum olur ki, həmin vaxt da iş adamı "İdeal"ın xəzinəsindən mənimsəmədə ittiham olunub. Lakin audit rəyi əsasında cinayət işinə xitam verilib. Rəy İ.İsmayılovun şirkətin direktoru olduğu 2016-cı ilə qədərki dövrü əhatə edib. Audit rəyində qeyd olunub ki, cəmi 46 min manatlıq kənarlaşma aşkarlanıb. Həmin məbləğ də İ.İsmayılov tərəfindən şirkətə ödənilib. Ona görə də cinayət işinə xitam verilib.

Vəkillər deyib ki, İ.İsmayılovun direktor olduğu 2006-2016-cı illərlə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilib. Lakin indiki halda, yenə də o, eyni dövr üzrə eyni əməldə ittiham olunur və bu da qanuna ziddir: “Çünki qanun şəxsin eyni əmələ görə iki dəfə cəzalandırılmasını qadağan edir”.

Hakim bildirib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.

Daha sonra iş materiallarında olan sənədlər, o cümlədən "İdeal"ın xəzinəsindən pul çıxarılması haqda məxaric qəbzləri elan edilib. Məlum olub ki, o vəsaitləri İ.İsmayılovun çıxardığı iddia olunsa da, sənədlərdə onun imzası yoxdur.

İş adamı həmin vəsaitləri şirkətdən götürmədiyini, imzası olmayan qəbzlərin də saxta olduğunu bildirib.

Proses oktyabrın 18-də davam edəcək.

Məhkəmədən sonra İ.İsmayılovun səhhəti pisləşib. Vəkil İlhamə Həsənova jurnalistlərə bildirib ki, bununla əlaqədar məhkəmə binasına təcili yardım çağırılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar