Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyülən kimdir: Elza, yoxsa anası?- Müğənni həbs edilən şəxsə 58 min ödəməli imiş

Müğənni Elza Seyidcahanın anası Əhmədova Seyidcahan Şərəfəddin qızının döyülməsi iddiası ilə bağlı təfərrüatlar məlum olub. Döyüldüyü iddia edilən müğənni deyilmiş.

Nəsimi rayon Məhkəməsinin qərarı Kərimzadə Rüstəm Fuad oğlu 1 ay müddətində inzibati qaydada həbs edilib. O, Elza Seyidcahanın anasını döyməkdə ittiham olunur.

Rüstəm Kərimzdənin vəkili Elçin Sadıqov bu qərardan apelyasiya şikayəti verib.

Vəkil şikayəti əsaslandırarkən qeyd edir ki, zərərçəkmiş qismində tanınmış Seyidcahan Əhmədova Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz formada sahiblik edir: “Rüstəm Kərimzadə 2 avqust 2021-ci ildə qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsinə gəlib. Seyidcahan Əhmədova və qızı Elza Seyidcahan ilə danışıqlar aparıb. Danışıqların əsası qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə ilə bağlı olub. Çünki sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə qərarı var.

Bakı Apellyasiya Məhkəməsinin 5 iyul 2018-ci il tarixli qətnaməyə əsasən cavabdehlər Anar Verdiyev və Elmira Azayeva qeyri-yaşayış sahəsindən çıxarılmalı, Gülşən Əlisatovaya təhvil verilməli və iddiaçı Gülşən Əlisatovadan 58 797 manat pul alınaraq “ELİT SRC GROUP” MMC-yə verilməlidir”.

Hazırda həbsdə olan Rüstəm Kərimzadə “ELİT SRC GROUP” MMC-nin təsisçisi və direktorudur. O, haqqında danışılan obyekti Elza Seyidcahandan icarəyə götürərək təmir edib. Adı çəkilən Gülşən Əlisatova Elza Seyidcahanın qızıdır və obyekt onun adına sənədləşdirilib. Lakin bir müddət sonra Elza Seyidcahan obyektin boşaldılmasını istəyib. Rüstəm Kərimzadə isə təmirə xərclənən pulun ödənilməsi üçün məhkəməyə müraciət edib və məhkəmə onun xeyrinə qərar verib.

Elçin Sadıqov apelyasiya şikayətində yazır ki, mübahisəli obyektlə bağlı aparılan danışıqlar zamanı Seyidcahan Əhmədova ilə Rüstəm Kərimzadə arasında heç bir mübahisə olmayıb.

“Həmin vaxt oarada Araz Nurməmmədov və Səxavət Abuzərov da olub. Lakin inzibati xəta protokolu tərtib olunarkən və məhkəmə icraatı dövründə həmin şəxslər şahid qismində cəlb olunmayıb. İş materiallarında hər hansı video-görüntü yer almayıb. Məhkəmə yalnız Seyidcahan Əhmədovanın ifadələri əsasında Rüstəm Kərimzadənin həbs olunması barədə qərar qəbul edib.

Qərar qəbul edərkən sübut əhəmiyyəti olmayan zərərçəkənin ifadəsi əsas sayılıb. Qərar qanuni əsaslandırılmayıb, yalnız mülahizə xarakterli olub”.

Rüstəm Kərimzadənin yaxınları isə bildirir ki, hadisə yerində kamera görüntüləri var. Amma hadisə 2 ay əvvəl baş verdiyi üçün həmin görüntüləri əldə etmək çətindir.

“İki ay əvvəl baş verən hadisədir. Seyidcahan Əhmədovanın 2 ay əvvəl döyüldüyünü məhkəmə necə sübuta yetirdi? Heç bir şahid yoxdur, heç bir görüntü yoxdur. Amma bircə nəfərin ifadəsi ilə Rüstəm Kərimzadə həbs edilib. Həm də mətbuatda yazıldı ki, guya müğənni Elza Seyidcahan döyülüb. Bu xəbəri də mətbuata qarşı tərəf çıxarıb. Halbuki məhkəmənin qanunsuz qərarında zərərçəkmiş Elza yox, anasıdır. Xəbərlərdə Elzanın ağlayan yerdə fotosu qoyulub. Həmin foto isə Elza Seyidcahan illər öncə deputat seçkilərində iştirak edən zaman çəkdiyi fotodur. Bəzi oxucular da elə bilir ki, Elza Seyidcahanın döyüləndən sonra ağlamasının fotosudur. Elza Seyidcahan o zaman deputat seçilmədiyi üçün ağlayırdı”- deyə R.Kərimzadənin ailə üzvləri bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar