Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ərdoğanı eşitdimi? - Ancaq Zəngəzur dəhlizi olmalıdır...

Müəllif: İkram Nur
Virtualaz.org

Oxucu məni bağışlasın, ancaq Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü ilə bağlı dünənki şərhim müəyyən qədər birtərəfli alındı və yalnız İdlib ətrafında vəziyyətə toxunuldu. Belə ki, bu məsələnin münaqişə potensialı olduqca yüksəkdir və o, Rusiya-Türkiyə münasibətləri üçün çox vacibdir.  Ancaq Putinlə Ərdoğanın dialoqu yalnız İdliblə məhdudlaşmır. Odur ki, Soçi görüşünün digər mövzularından da ətraflı bəhs etməliyik.

Ondan başlayaq ki, Türkiyə prezidenti də, onun rusiyalı həmkarı da Zəngəzur dəhlizi ilə bağlı dəqiq mövqe ortaya qoydu.  Onların yekdil mövqeyinə görə, “Zəngəzur dəhlizinə bölgənin bütün ölkələrinə ticari-iqtisadi imkanlar açan yerüstü və dəmiryol xətləri aiddir», ona görə də Ermənistan bu məsələdə öz öhdəliklərini yerinə yetirməlidir.

Türkiyə prezidenti də, onun rusiyalı həmkarı da Zəngəzur dəhlizi ilə bağlı dəqiq mövqe ortaya qoydu

Bu, İranın prezidenti İbrahim Rəisini xarici siyasətdə ermənipərəst relslərə qaytarmağa çalışan “qaynar başlar”ı üçün soyuq duş oldu və ölkənin bəzi siyasi dairələrini əzələ nümayiş etdirmək və Bakıya diş qıcamaq istəklərinə Moskvanın loyal yanaşacağı ilə bağlı hədsiz  illüziyalar və ambisiyalardan ayıltdı.

Üstəlik, Ərdoğan Rusiyaya Türkiyənin mövqeyini dəstəkləyəcəyi, yaxud heç olmasa həm Ankaranın, həm də Bakının planlarına xoşniyyətli neytralitetini saxlayacağı təqdirdə əldə edəcəyi faydanın nikbin variantlarını təqdim etdi. Buraya hərbi təyyarələr, onların mühərrikləri, həmçinin gəmilər və sualtı qayıqlarla bağlı əməkdaşlığın planları da daxildir.

Rusiyanın Türkiyədə daha iki AES-in tikintisində mümkün iştirakı da müzakirə olundu.  Üstəlik, türkiyəli kosmonavtın uçuşa hazırlanması da daxil olmaqla kosmik sahədə əməkdaşlıqdan danışıldı.  Və amerikalıların maneələrinə baxmayaraq Ankaranın S-400-lərlə bağlı müqavilədən imtina etməyəcəyi də vurğulandı.

Bu razılaşmaların konkret detallarını ilin sonunda, prezidentlərin yeni görüşü zamanı öyrənə biləcəyik. Rəsmi şəxslərin söylədiyinə görə, həmin görüş “əgər epidemioloji şərait imkan versə” baş tutacaq.

Düzdür, hər şey istənildiyi kimi ürəkaçan deyil - Ankara ilə Moskvanın münasibətlərində gərginlik mənbəyi olaraq qalan “Suriya” və “Liviya” keysləri bağlıdır, möhürlənib və oradan xoşagəlməz heç nə çıxarılıb ortaya qoyulmayacaq.

Professor Həsən Oqtay: “Ərdoğan hadisələrə Moskvanın xoşlanmadığı qiyməti verməkdən çəkinmir”

İdlib məsələsində status-kvonun saxlanılması ilə bağlı razılıqlar əldə olunub və bu, Ərdoğana inamla söyləməyə əsas verir: “Türkiyənin İdliblə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur və geri çəkilməkdən söhbət belə gedə bilməz.  Biz Türkiyə olaraq öz öhdəliklərimizi yerinə yetirməyə və təhlükəsizlik dəhlizini radikal elementlərdən təmizləməyə davam edirik”.  Görünən odur ki, Kreml bununla razılaşıb.

Liviya mövzusu ayrıca bir mövzudur, ancaq burada da Moskva ziyandadır, çünki onun əlaltısı “feldmarşal” Xaftar hər yerdə uduzmaqdadır və ondan ABŞ da üz çevirib.  Bu isə birmənalı simptomdur - Xaftara yağlı qara aypara qoymaq olar, türkpərəst qüvvələrin Liviyada hakimiyyətə gedən yolu isə açılıb.

Ancaq bu yaxınlarda professor Həsən Oqtayın sərrast ifadə etdiyi kimi, “Ərdoğan hadisələrə Moskvanın xoşlanmadığı qiyməti verməkdən çəkinmir”.  Soçidə də bu cür oldu - Ərdoğan Putinin qarşısında PKK kürd terrorçularının Moskvada yerləşməsi məsələsini qaldırdı. Orada bu qruplaşmanın ofisi yerləşib, rus siyasətçilərlə görüşlər və məsləhətləşmələr keçirilir, bir sözlə, Rusiya tərəfi bu cənablarla oyunlarına son qoymayıb.

Ərdoğan Putinin qarşısında PKK kürd terrorçularının Moskvada yerləşməsi məsələsini qaldırdı

Ankara üçün tamamilə anlaşılmayan odur ki, PKK-nı eyni statusla Vaşinqtonda da qəbul edirlər.  Və bu, Ankarada tamamilə müəyyən şübhələr doğurur: amerikalılarla aydındır, Potomak sahillərindən və Ağ Evdən Ankara yaxşı heç nə gözləmir. Ancaq Rusiyadan bu məsələdə Ankara daha böyük loyallıq istəyir. Bu problemlə bağlı Putin Ərdoğanı eşitdimi - çətin sualdır.  Ancaq əsas odur ki, irəliləyiş əldə olunub. “İdlib gərginliyi” başa çatıb. Zəngəzur dəhlizi - olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar