Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda “Abad məhəllə” sakinlərin istifadəsinə verildi - Fotolar

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır. Müşviqabad qəsəbəsində D.Bünyatzadə küçəsində 3q, 4q və 5q binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilmişdir.

Ətraf ərazilər abadlaşdırıldı, yeni yaşıllıq zolaqları salındı, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırıldı. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edildi. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.

Qeyd edək ki, ərazidə 21 ədəd kölgəlik, 3 ədəd uşaqlar üçün sürüşkən, 1 ədəd balans, 2 ədəd dairəvi yelləncək tərəzi quraşdırılmışdır. Abadlaşdırılan ərazidə yaşıllaşdırma işləri aparılması üçün 60 kub.m torpaq verilmiş, yeni su xətti çəkilmiş, 100 yaxın müxtəlif ağaclar əkilmiş, 120 kv.m qazon salınmışdır. Ətraf ərazinin yollarının təmiri məqsədi ilə 260 kub.m çıngil verilmiş, 4500 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilmişdir. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2260 kv.m rənglənmə işləri aparılmışdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ən çox oxunanalar