Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən şantaj edildiyini deyən Ramiz Göyüşovla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun əxlaqsız görüntüləri yayılıb. Daha sonra R. Göyüşov yerli mətbuata açıqlamasında, kadrların montaj olduğunu bildirmiş və qarşı tərəfin bu üsulla onu şantaj etdiyini demişdi. Bu isə Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən (hədə-qorxu ilə tələb etmə, yəni, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) cinayət məsuliyyətini müəyyən edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı daxili işlər orqanlarına heç bir müraciət daxil olmayıb. E. Zahidov cinayət xarakterli olduğu üçün məsələnin DİN-də araşdırılacağını qeyd edib.
Xatırladaq ki, YAP-dan yayılan görüntülərlə bağlı açıqlama verilmiş və Ramiz Göyüşovun partiyanın Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verildiyi bildirilmişdi. Həmçinin, YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında R. Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə baxılacağı qeyd olunmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar