Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu xəstəxanaya gedən travmasız qayıtmır

Normal şəraitdə Azərbaycan səhiyyəsinin durumu göz önündə ikən, bir də səhiyyə sistemimizin çökməsinə koronavirus öz töhvəsini verdi. Əvvəl ölkə əhalisinin böyük əksəriyyəti tibbi xidmətdən gileylənirdisə, indi mütləq çoxluq öz narazılığını ifadə etməkdən çəkinmir.

O yerə gəlib çıxmışıq ki, insan səhhətində nasazlıq olsa da, “birdən ölər” düşüncəsi ilə xəstəxanaya getməyə risk etmir. Bəli, dövlət xəstəxanalarındakı sistemsizlik, süründürməçilik və bunların kökündə dayanan səriştəsizlik insanları boğaza yığıb. Təxminən 1 həftədir ki, Magistratura təhsilimlə bağlı sənədlər hazırlayıram. Düzü, hələ 20 gün vaxtım var, ancaq hər işi zülmlə alınan biri kimi ehtiyatlı davranmağı üstün tuturam.

İlk olaraq yolum el arasında “Respublikanski” kimi tanınan M.Mirqasımov adına Respublika Klinik Xəstənasından düşdüyü üçün oradakı mənzərəni təsvir etməyi özümə borc bilirəm. Guya bu sözügedən xəstəxanada hərtərəfli yoxlamadan keçib sağlamlıq haqqında arayış almalıydım. Amma düşünürəm ki, orada yaşadığım stress nə vaxtsa səhhətimdə özünü ciddi şəkildə göstərəcək.

Çünki elə addımımı qapıdan içəri qoyan kimi buranın xəstəxana yox, dəlixana olduğunun fərqinə vardım və əqli sağlamlığımı itirməmək üçün düz iki saat dirəndim. Növbə gözləyən onlarla insan vardı, amma heç kim sırasının neçə olduğunu bilmirdi, hərə özünün xəstəxanaya ilk gələn şəxs olduğunu iddia edirdi. Deyilənlərə isə heç kim məhəl qoymurdu. Gərək, huşunu itirib yıxılaydın ki, sənə rəhmləri gəlib vaxtında yardım göstərəydilər.

Çünki xəstəxanada nə növbə götürmək üçün qurğu, nə də otaqların qarşısında sıra nömrəsi göstərən monitor vardı. XXI əsrdir və Azərbaycandakı dövlət xəstəxanalarının gördüyü gün hələ də budur. Xəstəxana əməkdaşlarına gəldikdə isə onların başı söyüş və təhqirlərə cavab verməyə qarışmışdı, çünki qələbəlik səbəbilə ortada nə var qalmışdı, nə də yox. Mühafizəçidən tutmuş həkimədək hamı həkim qəbulunu gözləyən vətəndaşlar tərəfindən sağkən qəbirə qoyulurdu. Düzü, təhqirin olduğu yerdə haqlı və haqsızı axtarmağa lüzum görmürəm. Amma sistemsizliyin əziyyətini çəkən vətəndaşda da günah axtarmağı doğru hesab etmirəm.

Xoşbəxtlikdən yerində əyləşən bir xanım əməkdaş gördüm, o da digərləri kimi söyüşlərlə üzləşirdi və bunu normal qarşılayırdı. İradəsinə bir alqış düşdüyünü düşündüm, sonra isə imkan tapıb yanına yaxınlaşaraq vəziyyəti izah elədim və buradan maksimum tez uzaqlaşmaq üçün kömək istədim.

O da sağ olsun, 15 manatlıq bir qəbzi əlimə tutuşdurub məni həkimlərə yönləndirdi. Həkimin otağının qarşısında isə əsl Kefli İsgəndər simasına bürünəcəyim bir vəziyyət vardı. Daxili İşlər Nazirliyinin əməkdaşı az qalırdı adamı diri-diri yesin, normal səs tonu ilə danışan birini tapmaq müşkül məsələydi. Nə isə, yarım saatlıq mübarizədən sonra içəri daxil ola bildim. Ümumilikdə, tapa bildiyim həkimlərdə yoxlamadan keçməyim isə 2 saatdan bir az çox çəkdi.

Əslində, buraya gəlmədən əvvəl adətim üzrə bir qədər araşdırma etmişdim, ona görə də qarşılaşacağım mənzərə haqqında az da olsa, təsəvvürüm vardı. Bilməyənlər üçün isə qeyd edim ki, “Respublikanski” Azərbaycanın ən böyük müalicə mərkəzlərindən hesab olunur. Amma siz vətəndaşlar buradakı müalicə sözünü məcazi mənada da qəbul edə bilərsiniz. Çünki el arasında oranı “bazar”, “diri gələnin ölü getdiyi yer” və s. adlandırırlar.

Bazar adlandırılma səbəbi isə odur ki, hələ Telman İbadovun baş həkim olduğu zamanlarda xəstəxanada tibb elminin yox, pulun sözü keçirmiş. Bunu mən yox, “Google” yazır. Yazılana görə, Telman İbadovun bütün idarəçiliyi həvalə etdiyi Mahir Babayev liftə minməktən tualetə getməyə qədər hər şeyi pullu xidmət sahəsinə çeviribmiş. Görünür, Telman həkimin yerinə Azər İsmayılov gələndən sonra vəziyyət azca dəyişib, çünki liftə minmək üçün ödəniş etmədim.

Amma diri gələnin ölü gedəcəyi fikri ilə gördüklərimə əsasən, hardasa razılaşa bilərəm. İlk dövlət xəstəxanası təcrübəmin yaratdığı travmadan çıxış edərək onu deməliyəm ki, əziz Azərbaycan vətəndaşları, çalışın xəstələnməyin, çünki sizi xəstəlik öldürməsə də, xəstəxanalarımızdakı xəstə təfəkkürlü insanlar və səriştəsizlik mütləq öldürəcək.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar