Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda təzə süpürgə - Hər çubuğu təzədir...

Müəllif: İkram Nur
haqqin.az saytından tərcümə

Məlumatlara görə, prezident İbrahim Rəisinin təklif etdiyi yeni kabinetin üzvlərinin siyahısı İran parlamentinə təqdim olunub.  Yerli KİV-də nazirlər kabinetinin siyahısının qeyri-rəsmi təqdim olunduğunu və sonadək  işlənib hazırlanmadığı qeyd olunur.

Bu ilkin siyahıda 12 nəfərin adı var.  Bu, qətiyyən o demək deyil ki, onların hamısı siyahıda qalacaq. İranda prezident seçkilərindən sonra nazirlər kabinetinin formalaşması maraqlı və gözlənilməz prosesdir. Prezident administrasiyasının həndəvərinə “yolçular”ın -  vəzifə axtaranların növbəsi düzülür. Və hər birinin öz dəstək qrupu var.  Bu sonuncular yeganə məqsədlə - öz namizədlərinin “hamıdan yaxşı” olduğunu sübut etmək üçün - zənglər vurur və qəbul otaqlarının qapılarını döyürlər.

Mühafizəkarlar Məclisdə üstünlüyə malik olsalar da, bu, siyahının bütövlüklə təsdiq olunacağına zəmanət vermir.  Parlamentin bu və ya digər nazir kürsüsü ilə bağlı öz yanaşması ola bilər, Ali liderin dəftərxanasında da hər soyadı lupa, hətta mikroskopla yoxlayacaqlar: “Layiqdirmi? Tərcümeyi-halında qara ləkələr yoxdur ki? Yalnız əsas xəttin tərəddüdlərinə uyğun olaraq tərəddüd edib, yoxsa hansısa məsələdə yolverilməz müstəqilliyə də yol verib?»

Odur ki, hələlik yalnız həmin siyahıdakı üç namizəddən danışmağın mənası var. Onlar sadəcə “yeni süpürgənin çubuğu” yox, həm də birbaşa “öz çubuqları”dır. İlk olaraq söhbət Hüseyn Əmir Abdullahiyandan gedəcək, çünki məhz onun İran diplomatiyasının başına keçəcəyinə praktik olaraq şübhə yoxdur.  Tanınmış və üzdə olan şəxsiyyətdir, Mahmud Əhmədinicadın dövründə və Həsən Ruhaninin prezidentliyinin ilk üç ilində xarici işlər nazirinin müavini vəzifəsini tutub.

Qasım Süleymaninin yaxın dostu Abdullahiyanın xarici işlər naziri postunu tutacağı şübhə doğurmur...

56 yaşlı diplomatın İslam inqilabı keşikçiləri Korpusu, Hezbollah hərəkatı və bütün Yaxın Şərqdəki digər İran nümayəndələri ilə sıx əlaqələri var.  Sərt olmağı bacarır, ancaq lazım gələndə çevikdir.  Təpədən dırnağa praqmatikdir və öz sələfinin - Cavad Zərifin xarici siyasət kursuna olduqca neqativ yanaşır. O, vaxtilə Zərifi İranın Mərkəzi Asiya və Cənubi Qafqazda, habelə Avropada  xarici siyasət kursunun iflasında birbaşa ittiham edib.

Heç də az əhəmiyyətli fakt deyil ki, Abdullahiyan Qasım Süleymaninin yaxın dostu olub, üstəlik Avropada nüfuza malikdir. Avropada diş qıcasalar da, onun Yaxın Şərq, Levant və İraq məsələlərində nüfuzunu yüksək qiymətləndirirlər.

Şübhə doğurmur ki, kəşfiyyat naziri kürsüsünü 20 ildən çoxdur Rəisi ilə yanaşı çalışmış İsmayıl Xətib tutacaq. O, gah İran məhkəmə sisteminin əks-kəşfiyyatına başçılıq edib, gah Məşhəddə müqəddəs yerlər administrasiyasında təhlükəsizlik üzrə direktor olub.  Ali liderin ofisində də çalışıb - yəqin kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələrdə.

İsmayıl Xətibin də xüsusi xidmət orqanlarının rəhbəri postuna namizədliyinə alternativi yoxdur

Burada xüsusilə diqqətəlayiq cəhət onun 1980-ci ildən 1990-ların əvvəlinə qədər İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat idarəsində rəhbər vəzifələrdə xidmət etməsidir.  Bu nöqteyi-nəzərdən onun ənənəvi olaraq İİKK ilə rəqabət aparan İran kəşfiyyatının başına gətirilməsi Rəisinin - təbii ki, Ali rəhbərin razılığını alaraq, çünki onun razılığı olmadan bu sahədə milçək belə uça bilməz -  kəşfiyyat nazirliyində ciddi islahatlar həyata keçirmək niyyətindən xəbər verir.  Kəşfiyyatın fəaliyyəti isə son illərin uğursuzluqlar seriyası fonunda İran rəhbərliyində qınaq doğurur.

Və nəhayət, daha bir şəksiz namizəd -  general Əhməd Vahidi, İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatının və əfsanəvi “Əl-Qüds” xidmətinin yaradıcılarından biri, Qasım Süleymaninin yaxın dostu və Mahmud Əhmədinicadın dövründə müdafiə naziri. İndi isə o, İranın Daxili işlər nazirliyinə başçılıq edəcək. Vaxtilə 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzində bomba partladılması ilə əlaqədar (o vaxt 85 nəfər həlak olmuşdu) Əhməd Vahidinin həbsinə beynəlxalq order verilmişdi.

Əhməd Vahidi daxili işlər naziri vəzifəsinə namizəddir

 O, həmçinin İranın nüvə proqramındakı roluna görə Avropa İttifaqının sanksiyaları altındadır. Hesab etməyə əsas var ki, Qasım Süleymani ilə birlikdə  məhz o  Avropada nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaları ötüb keçməyə və yeni texnologiyalar əldə etməyə imkan verən təşkilatı - “boz cəngavərlər” şəbəkəsini yaradıb.

Bir sözlə, İran prezidentinin həm diplomatiya, həm də təhlükəsizlik sahəsində yeni komandası yetərincə ciddi, sərt, praqmatik, nəticəyə hədəflənmiş şəxslərdən toplanacaq.  Belələri Qərbi darıxmağa qoymayacaq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar