Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail hökuməti “Pegasus” qalmaqalını araşdırmaq üçün xüsusi komissiya yaratdı

İsrail hökuməti bu ölkənin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramı ətrafında yaranmış qalmaqalla bağlı xüsusi komissiya yaradıb.

Virtualaz.org xəbər verir ki, nazirliklərarası komissiya casus proqramının bir çox ölkələrin hakimiyyətləri tərəfindən müxalif fəalları, jurnalistləri, siyasətçiləri izləmək üçün istifadə etdiyinə dair iddiaları araşdıracaq.

Komissiya Müdafiə Nazirliyindən daha geniş səlahiyyətlərə malik olan İsrail Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunur, orada hərbi, kəşfiyyat və diplomatik strukturların yüksək rütbəli nümayəndələri yer alır.

Bundan əvvəl İsrailin Müdafiə Nazirliyi bəyan etmişdi ki, “Pegasus” proqramının təyinatı üzrə istifadə edilməməsi faktları təsdiqlənərsə “NSO Group” şirkətinə verilmiş ixrac lisenziyası ləğv olunacaq.

Xatırladaq ki, “Pegasus” proqramının Azərbaycanda da mindən yuxarı telefona yükləndiyi üzə çıxıb. Telefonları izlənilənlər arasında jurnalistlər, KİV rəhbərləri, insan haqları müdafiəçiləri yer alır. Proqram Android və iOS əməliyyat sistemlərinə daxil olaraq smartfonda aparılan bütün əməliyyatları, telefon danışıqları, elektron yazışmaları, istifadəçinin geolokasiyasını izləyir, o cümlədən cihazın kamerasını və mikrofonunu istifadəçinin xəbəri olmadan işə salır. Proqramın 50-yə yaxın ölkədə 50 mindən çox cihaza yükləndiyi üzə çıxıb. Telefonları izlənilənlər arasında Fransa prezidenti Emmanuel Makron, ölkənin hökumət üzvləri də yer alır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar