Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın sosial mediaya qarşı böyük müharibəsi... - Dünyanı kim idarə edir?

Facebook Trampın hesabını 2 illik dayandırdığını açıqlayıb. Bu ilin 7 yanvar tarixində Facebook şirkəti papalıq əmrinə bənzər bir açıqlama verərək, Trampın ictimai təhlükəsizliyi təhdid edən təhlükələr aradan qaldırılmadıqca Facebook-a geri dönməyəcəyini bildirib...

Mişari Zeydi
“Şarkul Avsat” qəzeti, 9 iyul 2021-ci il

ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəqəmsal və sosial medianın “canavarları” olan Facebook, Twitter və Google-a qarşı hüquqi və məhkəmə sahəsində mühüm bir addım atıb.

Tramp bu yaxınlarda bu şirkətləri “qanunsuz və konstitusiyaya zidd olan senzuranın” arxasında olmaqda ittiham edərək, baş direktorları ilə birlikdə Facebook, Twitter və Google-u məhkəməyə veriləcəyini açıqlayıb.

Tramp ətraflı bir açıqlama verərək bildirib:

“Bu gün Amerika Siyasət İnstitutunun aparıcı nümayəndəsi olaraq, Facebook, Google və Twitter kimi böyük texnologiya nəhənglərinə və baş direktorları Mark Zakerberq, Sundar Piçay və Cek Dorsiyə qarşı böyük bir məhkəmə iddiası qaldırıram”.

Rəqəmsal tətbiqlər üzərində sosial qarşılıqlı əlaqəni inhisara alan bu şirkətlərin yalnız ABŞ-ın keçmiş prezidenti Trampın özünə deyil, həm də onlarla razılaşmayan və Obama trendinin baxışlarına, dəyərlərinə və standartlarına zidd olan hər kəsə qarşı apardıqları açıq müharibəni hamımız xatırlayırıq. Bu, həll olunmamış qlobal bir problemdir.

Facebook Trampın hesabını 2 illik dayandırdığını açıqlayıb. Bu ilin 7 yanvar tarixində Facebook şirkəti papalıq əmrinə bənzər bir açıqlama verərək, Trampın ictimai təhlükəsizliyi təhdid edən təhlükələr aradan qaldırılmadıqca Facebook-a geri dönməyəcəyini bildirib.

Facebook-un Qlobal İşlər üzrə vitse-prezidenti Nik Kleq: “İki ilin sonunda mütəxəssislər ictimai təhlükəsizlik üçün təhlükənin yox olub olmadığını qiymətləndirəcəklər.­ Zorakılıq hadisələri, dinc aksiyalara qarşı məhdudiyyətlər və mülki nizamın pozulmasının digər əlamətləri daxil olmaqla, xarici faktorları qiymətləndirəcəyik”.

Bu məqamda, Facebook-un dəqiq baxışlarından faydalanmaq üçün təyin etdiyi mütəxəssis və alimlər arasında Tevekkül Kerman kimi “obyektiv, tədbirli, iti fikirli, mülayim, dinc, nəcib və nüfuzlu” şəxsiyyətlərin olduğunu unutmamalıyıq.

O vaxt Tramp Facebook hesabının iki il dayandırılmasını seçicilərə hörmətsizlik kimi qiymətləndirmişdi. Bu da 70 milyondan çox seçiciyə aid edilirdi. Ehtimal olunur ki, Tramp səs verməyən milyonlarla ailəni də daxil etmişdi Bütün bu insanlar axmaq və təhlükəli varlıqlardır.

Eyni zamanda, Tramp texnologiya platformalarındakı qadağanı “tamamilə rüsvayçılıq” adlandırıb və şirkətlərin siyasi bir bədəl ödəyəcəyini qeyd edib.

Məsələ burasındadır ki, istər-istəməz bu müharibə yalnız Trampla əlaqəli deyil. Sabah sosial media cənnətindən qovulanların sayı artacaq və bu gün bu baş verənlərə göz yumanların da vaxtı çatacaq.

Belədirsə, onda dünyanı kim idarə edir?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar