Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin dəniz inqilabı... - Rusiya İstanbul kanalına niyə mane olmağa çalışır?

Rusiya bu gün mövcud beynəlxalq reallıqları nəzərə alır və istənilən halda Türkiyə ilə yaxşı münasibətləri qoruyub inkişaf etdirməyə çalışır...

Vitali Naumkin
“Şarkul Avsat” qəzeti, 7 iyul 2021-ci il

Tarixdə bilinən üç uğurlu hidravlik mühəndisliyi layihəsi beynəlxalq dəniz kommunikasiyaları sahəsindəki vəziyyəti əsaslı şəkildə dəyişdirdi. Bunlar: 1869-cu ildə Yaxın Şərqdə 160 km uzunluğunda Süveyş kanalı, 1920-ci ildə bir tərəfdən Panama Körfəzi ilə Sakit Okeanı, digər tərəfdən Karib dənizi və Atlantik Okeanını birləşdirən 81,6 km uzunluğundakı Panama Kanalı və 1895-ci ildə Almaniyada qurulub istifadəyə verilən və Baltik dənizini Şimal dənizi ilə birləşdirən 98 km uzunluğunda Kiel kanalıdır. Rusiyada Sovet İttifaqı dövründə bir çox kanal tikilib açıldı, amma hamısı daxili idi. Bunlardan biri 1931-1933-cü illər arasında hərbi məqsədlər üçün və təəssüf ki, məhkumlar tərəfindən rekord müddətdə tikilən Belamor və ya Ağ Dəniz-Baltik kanalıdır. Kanal Ağ Dənizi Oneqa gölü ilə birləşdirir və oradan Baltik dənizinə çıxışı təmin edir. Onun marşrutu 18-ci əsrdə rus çarı I Pyotr tərəfindən tərtib edilmişdir.

Nasist Almaniyası ilə müharibə zamanı məhv edilən bu kanal sonradan bərpa edildi və modernləşdirildi. 1964-cü ildə Xəzər dənizi hövzələri ilə Baltik dənizini birləşdirən kanallar, su anbarları, çay və göllər sistemindən ibarət, ümumi uzunluğu 1100 km olan Volqa-Baltik su yolu istismara verildi. Volqanı Moskva çayına bağlayan və 128 km uzunluğa çatan Moskva kanalı da 1930-cu illərin əvvəllərində qısa müddət ərzində yenidən məhbusların iştirakı ilə inşa edildi. Əlbəttə ki, bu kanallar yerli əhəmiyyət daşıyır və Süveyş, Panama və Kiel kanalları ilə müqayisə olun bilməz. Bu üç kanal olmasaydı, qlobal ticarət və dəniz rabitə sistemi bütün ölkələrin iqtisadiyyatlarına təsir edən dərin bir böhranla qarşılaşacaqdı. Həqiqətən də, bu vəziyyət bu il martın 21-də Süveyş Kanalında ilişən və kanalda üzmə fəaliyyətinin dayandırılmasına səbəb olan “Ever Given” konteyner gəmisi ilə bağlı hadisədə də aydın şəkildə meydana çıxdı. Bu hadisəyə görə daşınmanın bir neçə gün gecikməsi qlobal bir böhrana səbəb oldu. Nəhəng gəmini üzdürmək üçün edilən böyük səylərin dərəcəsi də məlumdur.

İndi layihə sahibləri tərəfindən beynəlxalq gəmiçilikdə tam bir inqilab kimi görülən Kanal İstanbulun inşasının vaxtı gəlib çatıb. Son bir neçə gündə təməli Türkiyədə böyük səs-küylə atılan bu kanal İstanbul Boğazına paralel şəkildə inşa ediləcək. Yeri gəlmişkən, Süveyş kanalının ikinci qolunun 2015-ci ilin iyul ayında bu çərçivədə işə salındığını xatırlaya bilərik.

İstanbul kanalının inşasının Türkiyə Respublikasının 100 illiyini qeyd edəcəyi 2023-cü ildə tamamlanması planlaşdırılırdı. Lakin maliyyə çətinliyi səbəbindən açılış daha gec bir vaxta təxirə salınacaq. O vaxta qədər əvvəlki kimi tək bir arteriya Qara dənizi Aralıq dənizinə, oradan da dünya okeanına birləşdirəcək. Məlum olduğu kimi, İstanbul və Çanaqqala boğazlarının istifadəsi 1936-cı ildə imzalanan Montrö Konvensiyası ilə tənzimlənib. Konvensiyanın 28-ci maddəsi bütün ölkələrin gəmilərinə Türkiyənin nəzarətindəki boğazlardan həmişəlik keçmə azadlığı təklif edir. 20-21-ci maddələrə görə isə yalnız Türkiyəyə qarşı bir hərbi təhdid olduğu təqdirdə hər hansı bir ölkənin hərbi gəmilərinin keçməsi Türkiyə hökumətinin iradəsindən və qərarından asılı olacaq.

Ancaq Türkiyənin bu mövzuda nəzarəti şərtsiz deyil. Razılaşmaya tərəf olan dövlətlərin əksəriyyəti əgər Türkiyənin 20-21-ci maddələrlə bağlı tədbirlərini əsassız hesab etsələr, Türkiyədən 28-ci maddəyə qayıtmasını xahiş etmək hüququna malikdirlər. Razılaşmada bəzi ziddiyyətlər də var. Türkiyə bu vəziyyətdən faydalana bilsə də, Rəcəb Tayyib Ərdoğanın iddialı layihəsinin həyata keçirilməsi nəzəri cəhətdən hüquqi maneələrlə üzləşə bilər. Nəqliyyatın təbii bir boğazdan bir sənaye kanalına yönəldilməsi Montrö Konvensiyasında bir dəyişiklik deməkdir və Ərdoğan hökumətinin bunu təkbaşına etmək hüququ yoxdur. Bununla yanaşı, bir maneə daha var: İstanbul kanalından keçmək Montrö Konvensiyasının maddələrinə deyil, Türkiyə Respublikasının milli qaydalarına tabe olacaq. Bəs bu vəziyyətdə potensial maraq toqquşmasının qarşısını necə almaq olar?

Bu, o deməkdir ki, Kreml türk tərəfdaşının planlarını həyata keçirməsinə heç bir maneə törətməyəcək? Bu çərçivədə, bir çox rusiyalı mütəxəssis Montrö Konvensiyasının beynəlxalq xarakterinin aşınma təhlükəsi və İstanbul kanalının hüquqi statusu ilə bağlı qeyri-müəyyənliyə işarə edərək kritik açıqlamalar verib.

Bir çox rus və türk analitiklər kanalın tikintisinin ekoloji nəticələrinə də toxunublar. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun rusiyalı mütəxəssisi Andrey Boldyrevin sözlərinə görə, layihənin həyata keçirilməsini ləngidən əsas nöqtə ətraf mühit aktivistləri idi. Bununla birlikdə, türk səlahiyyətliləri yeni yük tranzit marşrutunun bütün potensial ekoloji riskləri nəzərə alaraq dizayn edildiyinə əmindirlər.

Bir başqa analitik qrupu layihənin texniki tərəfi, maliyyə və iqtisadi əsasları barədə müxtəlif suallar yönəldir. Bu məsələdə geniş fikirlər var. Ancaq Türkiyənin çətinlikləri dəf etmək məqsədilə infilyasiyaya, böyüyən büdcə kəsrinə və lirənin dəyər itirməsinə nəzarət etmək üçün ciddi tədbirlərə ehtiyacı olduğu aydın görünür. Eyni zamanda, türk səlahiyyətləri gəmilərin və malların kanaldan keçid qiymətinin Türkiyəyə kanalın inşasını ödəyəcək qədər böyük bir gəlir verəcəyini ümid edirlər.

Niyə Rusiya hələ də Ərdoğanın planlarına müsbət reaksiya göstərir? Halbuki nəqliyyat İstanbul kanalına yönəldildikdən sonra keçid haqqı ödəyəcəyi üçün zərər çəkəcəyi aydın görünür. Çünki Rusiya neftini Qərbə aparan neft tankerlərinin əksəriyyəti hazırda Boğazdan keçir. Bu qarşılıqlı əlaqədə, böyük ehtimalla, Rusiyanın da layihənin həyata keçirilməsində investor rolunu oynaya biləcəyinə dair ümidlər rol oynayıb və əgər belədirsə, bu, məntiqlidir. Ancaq yenə də rus mütəxəssisin fikrinə istinad etsək, bu ehtimal Türkiyə üçün qəbuledilməzdir. Çünki bu halda Moskvanın İstanbul kanalı üzərindən mal axınının tənzimlənməsində iştirak etmək hüququ olacaq. Bu səbəbdən, türk səlahiyyətliləri Rusiya xaricində Çin, QətərAvropadan investor axtarır. Türk tədqiqatları üzrə mütəxəssis İvan Starodubtsev kimi bəzi rus analitiklər Moskvanı türk layihəsi ilə bağlı qəti mövqe tutmağa, yəni ya kanalın inşasından qəti şəkildə imtina etdiyini bildirməyə, ya da Ankaradan Rusiyanın layihədə birbaşa iştirakını qəbul etməsini tələb etməyə çağırıblar. Bu, təsadüfi deyil. Starodubtsevə görə, bu, Rusiyanın Qara dənizin ən vacib arteriyasında dəniz nəqliyyatını birbaşa idarə edən ölkələrdən birinə çevrilməsinə imkan verəcək.

Bu məqamda Rusiyanın Boğazı idarə etmək üçün keçmiş xəyalı yenidən yada düşür. Lakin bu günkü vəziyyət Birinci Dünya müharibəsindən əvvəlki kimi deyil. Türkiyə yeni iddialı layihəsini reallaşdıraraq Yaxın Şərq bölgəsinin sərhədlərini aşan bir çərçivədə lider güclərdən biri olmaq haqqını bir daha vurğulayır. Rusiya bu gün mövcud beynəlxalq reallıqları nəzərə alır və istənilən halda Türkiyə ilə yaxşı münasibətləri qoruyub inkişaf etdirməyə çalışır.

Moskvanın bütün müsbət və mənfi cəhətlərini ölçdükdən sonra, türk planlarının həyata keçirilməsinin qaçınılmazlığını qəbul etməli olduğu görünsə də, əksər mütəxəssislərin fikrincə, Bosfor boğazına alternativin ortaya çıxmasından gələn itkilər qazancdan çox olacaq. Burada gözardı edilə bilməyən başqa bir məqamı da qeyd etmək istəyirəm. Türkiyə layihəni Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsünə inteqrasiya etməyi planlaşdırır. Belə ki, Çin layihədəki mövqeyindən imtina etmədiyi müddətcə Rusiyanın ən vacib strateji tərəfdaşının mənafeləri ilə toqquşmasına ehtiyac yoxdur. Lakin Rusiya Xarici İşlər Nazirliyinin münasibəti hər halda sabit və çox qətiyyətlidir. Onlar üçün mütləq prioritet mövcud beynəlxalq müqavilələr və qaydalardır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar