Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin qətlinə görə tutulanlar məhkəməyə aparıldı

“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlinə görə ötən həftə tutulan 4 nəfər İstanbul Bakırköy məhkəməsinə aparılıb.

Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, onların barəsində prokurorun təqdimatı ilə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu şəxslərin kimliyi açıqlanmır, amma hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməliyyatçıları həmin şəxsləri ötən həftə İstanbulda, İzmir, Ərzurum və Kocaelidə eyni vaxtda keçirilən əməliyyat nəticəsində yaxalamışdı. Polisin bildirdiyinə görə, bu şəxslər “Lotu Quli”nin qətlinin təşkilatçıları olublar və cinayətin ardınca qətlin törədildiyi oteldən necə qaçdıqlarına dair videogörüntülər var. Tutulanlar “Lotu Quli”nin qətlinin sifarişçisi hesab edilən, 2018-ci ildə İstanbulda qətlə yetirilmiş “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Namiq Canıyev özü hazırda Türkiyə polisi tərəfindən axtarılır.

Xatırladaq ki, “Rövşən Lənkəranski”nin qətlinin sifarişçisi “Lotu Quli” hesab edilirdi. "Lotu Quli" ötən ilin avqustunda Antalyadakı otellərdən birində "Xan Bakinski" ləqəbli yaxın adamı Xaqan Əhmədov tərəfindən güllələnib, hazırda həbsdədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar