Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda zinət əşyaları bazarında vəziyyət: Qızıl bahalaşacaq

“Xam qızılın bir qramının qiymətinin 70 dollara qədər artması proqnozlaşdırılır”.

Bu barədə Oxu.Az-a Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin Sədri Toğrul Abbasquliyev açıqlama verib.

O bildirib ki, pandemiya qızılın ən stabil investisiya aləti olduğunu bir daha sübut etdi:

“2019-cu ilin ikinci yarısından başlayaraq xam qızılın (999.9 əyar) birja qiymətində artım müşahidə olundu. Qızılın qiyməti 38-40 dollar arasında idisə, artıq ötən il onun qiyməti 58-65 dollar arasında dəyişməyə başladı. 2020-ci ilin yay aylarında qızılın qiyməti 65 dollara qədər artdı. Onun qiyməti ilin əvvəlində 60-62 dollar arasında dəyişirdi. Son dövrdə isə 57-62 dollar arasında dəyişir”.

Hazırda təkcə xam qızıla deyil, qızıl məmulatlarına da sərmayə qoymağın yaxşı investisiya seçimi olduğunu deyən Toğrul Abbasquliyev əlavə edib ki, 2019-cu ilə qədər daha aşağı qiymətlə qızıl (zərgərlik məmulatları) alışını həyata keçirən şəxslər hazırkı dövr üçün məhsulun satışını edərkən mənfəət əldə etmiş olacaqlar.

Pandemiyanın bir çox sahəyə olduğu kimi mövcud bazara təsir etdiyini qeyd edən Assosiasiya sədri vurğulayıb ki, məhsula tələbatın olmaması idxalın kəskin aşağı düşməsinə səbəb olub və hardasa yerli sənayeyə də təsir edib. Onun sözlərinə görə, hazırda artıq bazarda müəyyən canlanma hiss olunur:

Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazələrin verilməsi mövcud bazarda aktivliyin artmasına səbəb olub. Bazar iştirakçılarının sözlərinə görə, müştəri sayında əhəmiyyətli artım müşahidə olunub. Sadəcə olaraq proses yay mövsümünə təsadüf etdiyindən artım bazar iştirakçılarının gözləntiləri qədər deyil. Lakin, bazarda aktivlik cəhətdən fərq var”.

O əlavə edib ki, Azərbaycanda qızıl və zinət əşyaları bazarı şənlik mərasimlərinə bağlıdır:

“Məhərrəmlik ayında şənlik mərasimləri gözlənilmir, növbəti dövrdə avqust ayının ikinci yarısı və sentyabr ayı Məhərrəmlik ayına təsadüf edir. Bu da onu göstərir ki, ay yarım müddət ərzində mövcud bazar aktiv fəaliyyət göstərəcək. Yenidən isə oktyabr ayından etibarən aktivləşmə müşahidə edəcəyik”.

Assosiasiyasının sədri xatırladıb ki, ötən il İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə İşçi Qrupu yaradılıb və Azərbaycanda zərgərlik sənayesinin inkişafı üçün təkliflər planı hazırlanıb:

“İlin yanvar ayından etibarən ölkəyə daxil olan xam qızıl, gümüş, brilyantlar və digər qiymətli daşlar, hazır zərgərlik məmulatları aksiz vergisindən, əlavə gömrük rüsumundan azad edilib. Bu gün zərgərlik məmulatlarını idxal edib, satış etmək üçün sadəcə 18 faiz ƏDV ödəmək kifayət edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ən çox oxunanalar