Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu həftəsonu “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq

İyulun 3-4-də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” yarmarkaları təşkil edəcək.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, yarmarkalar BakıAbşeronda - 3 fərqli ünvanda baş tutacaq. Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki “Kənddən şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.

Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər. “Kənddən şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulu satacaq.

Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar