Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qiymət islahatına hansısa zərurət vardımı və hökümət bu “islahatlar”la əslində nəyə can atır?

Azərbaycanda gecə və gündüz saatlarında fərqli hesab aparan sayğac varmı, varsa belə, bu sayğaclar kütləvi şəkildə istismardadırmı?.. 

İqtisadçı-ekspert: “Əslində hələlik bu qərar əhaliyə aid deyil. Amma bu qərarın gələcəkdə əhali üçün də nəzərdə tutulması mümkündür”.

Azərbaycanda hələ ki, yeni nəsil sayğaclar yoxdur. Buna görə də çox güman ki, bu qərarın yerinə yetirilməsi müəyyən suallar və problemlər doğuracaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Tarif Şurasının elektrik enerjisi ilə bağlı qəbul etdiyi qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Tarif Şurası elektrik enerjisinin gündüz vaxtı hər kilovata görə 7,3 qəpik, gecə vaxtı isə 3,5 qəpiyə hesablamaq haqqında qərar qəbul etdi. Qərar tam aydın olmadığına görə sonra Tarif Şurası elektrik enerjisi üzrə qərarına dair izahedici şərh də verib.

Şərhdə deyilirdi ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.

Bəs sual olunur Azərbaycanda gecə və gündüz saatlarında fərqli hesab aparan sayğac varmı, varsa belə, bu sayğaclar kütləvi şəkildə istismardadırmı? Ən əsası bu qiymət “islahat”ının aparılmasına hansısa zərurət vardımı və hökümət bu “islahatlar”la əslində nəyə nail olmağa can atır?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əsas məsələ bu şirkətlərin fəaliyyətində effektivliyin artırılması olmalı idi. Bunun əvəzinə ziyanla işləməyin qarşısını almağın yolunu ən sadə və primitiv yol kimi qiymət artımında gördülər”.

Hesablamaların hansı yollarla aparılacağı, hesablamada qeyri-dəqiqlik olarsa, bunun dəqiqləşdirilməsi yolları ilə bağlı hələlik sualların açıq qaldığını düşünən ekspert PİA.az-a bildirib ki, bu Tarif Şurasının bu qərarı gələcəkdə ciddi narazılıqlara səbəb ola bilər:

“Əslində hələlik bu qərar əhaliyə aid deyil. Amma bu qərarın gələcəkdə əhali üçün də nəzərdə tutulması mümkündür. Yəni əhalinin də belə bir tarif cədvəlinə keçirilməsi mümkündür. Hələlik bu qərar daha çox elektrik enerjisi istifadə edən kiçik və orta sahibkarlığa aid olacaq.

O tip sayğaclar Azərbaycanda yoxdur. Bu sayğaclar proqramlaşdırılmış sayğaclar olmalıdır və onun mobil uyğunlaşması da olmalıdır. Mən dünən bir az araşdırma apardım. Bir çox dünya ölkələrində buna bənzər uyğulamalar həyata keçirənlər yeni növ smart sayğaclardan istifadə edirlər. Yəni sayğac birbaş mobil telefona məlumatlar ötürür və günün hansı saatlarında nə qədər elektrik enerjisinin istifadə olunduğunu istehlakçı tam şəffaf şəkildə görür.

Azərbaycanda hələ ki, bu yeni nəsil sayğaclar yoxdur. Buna görə də çox güman ki, bu qərarın yerinə yetirilməsi müəyyən suallar və problemlər doğuracaq. Avqusta ayının əvvəlində işıqla bağlı hesablar gələrkən həmin rəqəmlərə inanmayanlar, razı olmayanlar olacaq. Bu zaman hansı qərarların veriləcəyi açıq-aydın görünmür. Yəni hesablamaların hansı yollarla aparılacağı, hesablamada qeyri-dəqiqlik olarsa, bunun dəqiqləşdirilməsi yolları ilə bağlı hələlik suallar açıq qalır. Bu da ciddi narazılıqlara səbəb ola bilər.

Natiq Cəfərli: “Biz dövlət şirkətlərində islahatların aparılmasını gözləyirik. Amma təəsüf ki, islahatların özünü yox, qiymət artımı formasında təzahürünü gördük”.

Əslində mən buna islahat deməzdim. Söhbət ondan gedir ki, Azərbaycanda dövlətin birbaşa nəzarətində olan şirkətlər qeyri-şəffaf şəkildə fəaliyyət göstərirlər. Yəni demək olar ki, dövlət şirkətlərinin hamısı rəsmi kağız üzərində ziyanla işləyirlər və büdcədən datasiyalar alırlar. Keçən il avqustun 6-da İnvestisiya Holdinqinin yaranma səbəblərindən biri kimi də artıq dotasiyaların verilməyəcəyi və büdcədən dotasiyalara görə vəsaitin ayrılmayacağı idi.

Buna görə də əsas məsələ bu şirkətlərin fəaliyyətində effektivliyin artırılması olmalı idi. Bunun əvəzinə ziyanla işləməyin qarşısını almağın yolunu ən sadə və primitiv yol kimi qiymət artımında gördülər. Biz dövlət şirkətlərində islahatların aparılmasını gözləyirik. Amma təəsüf ki, islahatların özünü yox, qiymət artımı formasında təzahürünü gördük”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar