Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternet və mobil rabitəsiz işləyən messencerlər açıqlanıb

"Gem4me" messencerinin testlər üzrə mütəxəssisi Anastasiya İliçeva internetə və dayanıqlı mobil rabitəyə qoşulmadan işləyən messencerləri açıqlayıb.

PİA.az ictnews.az-a istinadən bildirir ki, ekspert "Android" qurğuları üçün hazırlanan "FireChat" proqramını tövsiyə edib. Messencer məlumatların ötürülməsi üçün şəbəkə yaradan "Bluetooth" və birdərəcəli "Wi-Fi" vasitəsilə avtonom rejimində məlumat mübadiləsinə imkan verir. Lakin iki qurğu arasında məlumat ötürmə radiusu 65-70 metrə çatır. "Bridgefy" messenceri də "Bluetooth" və ya "Wi-Fi" vasitəsilə böyük qrup istifadəçilər daxil olmaqla məlumatları 70 metr radiusda ötürməyə şərait yaradır ki, bu da fövqəladə hallar və ya təbii fəlakətlər zamanı böyük əhəmiyyət daşıyır.

"Serval Mesh" messenceri "Wi-Fi" şəbəkələri vasitəsilə mobil telefonlar arasında birbaşa bağlantı yaratsa da, "Wi-Fi" vasitəsilə şəbəkənin formalaşdırılmasında mobil rabitə siqnalı tələb etmir. Ekspertin sözlərinə görə, proqram geniş rabitə dairəsini, eləcə də minimum şəbəkə iştirakçısı ilə böyük ötürmə məsafəsini təmin edir.

"Hike" proqramı analoqlarından əlavə funksiyalarla fərqlənir: məsələn, məlumatların avtonom rejimdə göndərilməsi və şəxsi ünsiyyəti gizlətmək imkanı. O, 100 metrədək məsafədə işləyir və məlumatları interentə qoşulmadan SMS şəklində göndərir. "Signal Offline" messenceri məkanı skan edir, yaxınlıqdakı qurğuları aşkarlayır və istifadəçilərin siyahısını tərtib edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Ən çox oxunanalar