Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb

Zorakılıq qurbanı olan daha iki azyaşlı sığınacağa qəbul edilib.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Məlumata görə, gecə zorakılıq qurbanı olan bacı və qardaşı sığınacağa götürüblər:

“2019-cu ildə narkotik istifadəçisi olan ata analarını qətlə yetirib. Uşaqlar deyir ki, “gecə 12-də səsə oyananda anamızı yerdə xırıldayan gördük. Anamızın qırıq səsindən güclə anladıq dediyini. Bizə dedi ki, “gedin uşaq evinə, bunların yanında qalmayın”.

Uşaqların ana qohumları onlardan imtina edib. Cinayət törətmiş şəxsin qohumlarına vermək də səhv addımdır. Amma nə isə çox güman ki, qəyyumluq puluna görə uşaqları bibi götürüb. Elə bundan sonra uşaqların başqa kabusu başlayıb.

İlkin məlumata görə, bibinin oğlu fiziki zorakılıq göstərib. Hələ bildiyimiz budur, araşdırmalardan sonra ortaya nələr çıxacaqsa, onu psixoloqlar deyəcək. Dünən zorakılıq etdiyi deyilən şəxsə məhkəmə qərarı ilə 15 sutka iş kəsilib. Bu gün yəqin ki, qəyyumluq sərəncamı da ləğv olunacaq.

İki uşağın yaşadığı həyat deməyim, faciənin reabilitasiyası nə qədər davam etməlidir ki, onlar ən azından acılarını unutsunlar? Uşaqlar isə deyir ki, “bibim bizi qorxudurdu ki, uşaq evinə getməyin, ora çox pisdir. Xala, bibim yalan deyirmiş...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Leço necə hazırlanır? – Bolqar bibəri üçün ən yaxşı resept

Ən çox oxunanalar