Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN başçısı: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir" - Yenilənib

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.

XİN-dən PİA.az-a bildirilib ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. Həmçinin nazir AzərbaycanErmənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

Nazir Qordan Grliç Radman Xorvatiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyini qeyd edib. O, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Azərbaycanın Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov “Antalya Diplomatiya Forumu” çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

Bu barədə XİN məlumat yayıb.

Görüşdə BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş zamanı nazir post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib.

O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə AzərbaycanErmənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.

Nazir üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış humanitar addımlar, habelə regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmini vurğulayıb.

Qarşı tərəf Azərbaycan ilə BMT arasında müsbət əməkdaşlıq təcrübəsinin olduğunu və bu əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Daha sonra, AzərbaycanErmənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən Miroslav Yença, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər, habelə Azərbaycanla BMT tərəfdaşlığı və potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar