Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni İsrail hökuməti Türkiyə ilə münasibətləri necə tənzimləyəcək?

İsrail əsilli şərhçilərin dediyinə görə, yeni Türkiyə-İsrail münasibətləri Ankara atacağı addımlardan asılı olacaq...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 14 iyun 2021-ci il

Dünən axşam yeni hökumətin parlamentdə aldığı etimad səsi ilə Netanyahunun İsraildəki 12 illik səlahiyyət müddəti sona çatdı. Ancaq bu vəziyyət bir son olacaqmı? Qarşıdakı aylarda bunu daha yaxından görə biləcəyik. Çünki Netanyahu son çıxışında güclü bir müxalifət yaradacağını və mütləq şəkildə geri dönəcəyini iddia edib. Bayden adminstrasiyasına da sitəm Netanyahu İranla yenidən danışıqlara başlamağın yanlış olduğunu və yeni hökumətin bu səbəbdən İsrailin İrana qarşı olan tezisini müdafiə edə bilməyəcəyini vurğulayıb.

Daha əvvəl qeyd etdiyimiz kimi, ABŞ-da İsraillə yeni bir münasibət qurmaq meyli güclü idi. Bu səbəbdən, yeni hökumətin gücü üçün daxili siyasətdəki problemli sahələr qədər, Bayden adminstrasiyasının yol xəritəsi də təsirli olacaq.

Yeni hökumətə baxdıqda, əslində, çox təhlükəli bir vəziyyətdə olduğunu görə bilərik. Koalisiya 120 yerlik parlamentdə 60 səsdən 59 etimad səsi qazana bilib. İmzalanan müqaviləyə əsasən, Bennet hökumətin ilk dönəmdə baş naziri olacaq və iki il vəzifəsində qalacaq. Bu ilk dövrdə Lapid xarici işlər naziri olacaq. Koalisiyada 9-u qadın olmaqla, 27 nazir olacaq.

Bu hökuməti fərqləndirən amil isə İsrail tarixində ilk dəfə 5% səs toplayan bir siyasətçinin İsrail dövlətinə rəhbərlik etməsidir. Bennet ideoloji və prinsipcə bölünmüş, güclü böhran halında parçalanmaq ehtimalı olan səkkiz partiyalı bir koalisiyaya rəhbərlik edəcək. İlk baxışdan, Bennet və Lapid ziddiyyətli bir siyasi ritorikaya sahib kimi görünürlər. Bennet tələsik bir texnologiya təşəbbüskarıdır, digər əsas ortaq Lapid isə daha sakit və balanslı bir mövqe sərgiləmək tərəfdarıdır.

Bennet iki dövlətli həll yoluna qarşı çıxan, lakin Netanyahunu devirmək üçün dini bir müsəlman partiyası ilə ortaq olmağı qəbul edən dindar yəhudi millətçisidir. Lakin koalisiya ortaqları arasında ilk olaraq Mansur Abbasın rəhbərlik etdiyi Raam Partiyası var. Abbas cümə axşamı verdiyi bir açıqlamada: “Biz yalnız parlamentdə olmaq deyil, həm də İsrailin siyasi sisteminə təsir göstərmək baxımından legitimlik də qazandıq. Bu, ölkə daxilində bizim üçün geniş bir qapı açır”, deyib.

Çox güman ki, hökuməti İsrail tarazlığında çətinə salan məsələlərdən biri də ərəblərin kabinetdə təmsil olunması olacaq. Həmçinin, koalisiyaya klassik mərkəz siyasətini və liberal cərəyanı təmsil edən Lapid və Qantz da daxildir. İşçi Partiyasından da koalisiyaya daxil olanlar var. Qısaca, idarə olunması mürəkkəb və çətin olan bir vəziyyətdən söhbət gedir. Unutmayaq ki, bu sahələrdə oyun təcrübəsi olan bir Netanyahu müxalifəti də olacaq.

Yeni İsrail koalisiyası bu müxtəlifliyi idarə etdikcə ölkədəki qütbləşmə ilə də mübarizə aparacaq. Son hücumların ölkənin birgəyaşayışında ciddi yaralara səbəb olduğunu nəzərə alsaq, ilk hədəf ölkənin daxili rifahı olacaq. Buna görə də, ilk dövrdə iki illik büdcənin hazırlanması və digər dəyişikliklər də gündəmdədir.

Türkiyə ilə münasibətlərə gəldikdə isə aydın və sürətli bir dəyişiklik gözləmək həddindən artıq sadəlövhlük olardı. Ancaq kiçik imkanları nəzərə alaraq, yeni bir baş nazirin və belə bir kompleks koalisiyanın mövcudluğu münasibətləri normallaşdırmaq üçün nisbi üstünlük verə bilər. İsrail əsilli şərhçilərin dediyinə görə, bu, Türkiyənin atacağı addımlardan asılı olacaq.

Bununla birlikdə, Bennet hökumətinin gələcəkdə Qərbi İordaniya məsələsinə baxmaq qərarı Türkiyəyə edəcəyi diplomatik gedişlərdə vaxt qazandıra bilər. Yenə də kiçik bir ehtimal da olsa, koalisiyada müsəlman bazası olan partiyanın bir xətt yaradıb yaratmayacağını anlamaq üçün prosesləri izləmək lazımdır.

Hər şeyə baxmayaraq, əsas istiqamətin bu günkü Ərdoğan-Bayden görüşündən sonra Türkiyə-ABŞ münasibətlərinin gedişatı ilə formalaşacağına inanıram.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar