Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan bu şəxsləri “Troya atı”na bənzətdi

Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan parlament seçkilərində qələbə qazanacağı təqdirdə kadr təmizliyi edəcəyini deyib.

Unikal.org xarici KİV-lərə istinadla xəbər verir ki, Nikol Paşinyanın sözlərinə görə, təmizləmələr dövlət müəssisələrində “Troya atı” saydığı əməkdaşlara qarşı həyata keçiriləcək.

“İnqilabdan əvvəl, 2018-ci ildə kadr təmizliyinin olmayacağını demişdim. İndi isə deyirəm ki, kadr təmizliyi olacaq və bu, 2018-ci ildən sonra xalq hakimiyyətinin dəhlizlərində oturub “Troya atı” rolunu oynayan vəzifəli şəxslərə qarşı aparılacaq. Bizə kadrları təmizləmək üçün mandat verin və biz bütün “Troya atlarını” dövlət idarəsi sistemindən rədd edək”, - deyə Nikol Paşinyan Araqatsot vilayətində sakinlərlə görüş zamanı bildirib.

O, həmçinin vətəndaşları müəyyən siyasi aksiyalarda iştiraka məcbur edən yerli hökumət və müəssisə rəhbərlərinə qarşı da “siyasi vendetta” vəd edib. Siyasətçinin sözlərinə görə, hakimiyyət orqanları özəl kompaniyaların rəhbərləri ilə də “məşğul olmalıdır”.

“Vətəndaş intiqamına, vətəndaş vendettasına, kadr təmizliyinə hazır olun”, - deyə Nikol Paşinyan əlavə edib.

Qeyd edək ki, Ermənistanda iyunun 20-nə təyin olunan növbədənkənar parlament seçkiləri kampaniyası iyunun 7-də start götürüb. Seçkilərdə iştirak etmək üçün 22 partiya və dörd blok qeydə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar